Icma.az
close
up
RU
“Şərurlu İsfəndiyar”in həbsi ilə bağlı Məhkəmə QƏRAR VERDİ

“Şərurlu İsfəndiyar”in həbsi ilə bağlı Məhkəmə QƏRAR VERDİ

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az “Report”a istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

İclasda onun anket məlumatları dəqiqləşdirilib. Prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, İsfəndiyar Axundov bundan əvvəl məhkəmə proseslərindən yayınıb. Vəkil bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxsin həbs olunmasını istəyib.

İsfəndiyar Axundovun müdafiəçisi deyib ki, işi ilə əlaqədar ötən prosesdə iştirak edə bilməyib:

“Müvəkkilimin hüquqi savadı olmadığı üçün ötən prosesdə vəkilsiz iştirak etmək istəməyib. Bu, onun məhkəmədən yayınması kimi qəbul edilməməlidir. Xahiş edirəm ki, vəsatət təmin olunmasın”.

Məhkəmə İsfəndiyar Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatəti təmin etməyib.

Sonra şikayətçinin vəkili Asim Abbasov İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. O bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulması təqsirləndirilən şəxsin gələcəkdə məhkəmə prosesindən yayınmasının qarşısını alacaq.

İsfəndiyar Axundovun vəkili deyib ki, müvəkkili ölkənin qabaqcıl şirkətlərinə rəhbərlik edir və onun bu işə görə məhkəmə prosesindən yayınacağını düşünmək düzgün deyil:

“İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması onun fəaliyyətinə buxov vurmaq kimidir. Xahiş edirəm vəsatət təmin edilməsin”.

Məhkəmə təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün verilən vəsatəti də təmin etməyib.

Prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da ifadə verib. O deyib ki, fəaliyyəti dövründə bir çox insana mənzil sahibi olması üçün kömək edib:

“Xahiş etmişəm ki, məni həbs etsinlər, canım bunlardan qurtarsın, lakin dövlətim mənə deyib ki, işimlə məşğul olum. Mən bu işlərə məcburi cəlb olunmuşam. Emil Səməndərov bu qədər adamı aldadıb. Zərərçəkənlər də elə bilir ki, onları mən aldatmışam”.

Şikayətçinin vəkili Asim Abbasov əlavə edib ki, təqsirləndirilən İsfəndiyar Axundov tikinti işlərinə məcbur cəlb olunduğunu etiraf edib.

Təqsirləndirilən şəxsin vəkili cavabında bildirib ki, “Proqress 2016” MTK-nın öhdəliklərini “Şərur” MTK öz iradəsi ilə etməsə də, könüllü olaraq icra edib. Vəkili İsfəndiyar Axundovun fikrinin yanlış anlaşıldığını deyib.

Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasovun sonuncu vəsatəti təqsirləndirlən İsfəndiyar Axundovun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi ilə bağlı olub:

“Hər hansı bir təqsirləndirilən şəxsin barəsində qərar çıxarılanda onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı da nəzərə alınır. Ona görə də, bu məlumatların əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsini xahiş edirəm”.

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses mayın 24-ə təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 May 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri