Icma.az
close
up
RU
Sərxoş kişi arvadının geyiminə irad bildirdi, baldızına xəsarət yetirdi

Sərxoş kişi arvadının geyiminə irad bildirdi, baldızına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Nəsrinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vilayət Nəsrinin yaşadığı evin həyətində onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Nəsrinə xəsarətlər yetirib. 
Hadisəni törədən Vilayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vilayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilib: “Ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Nəsrin mənim həm baldızım, həm də qardaşımın arvadıdır”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17:00-da qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aynurənin övladının şadlıq sarayında keçirilmiş toy mərasiminə gedib: “Həmin toya qayınanam Nazilə, baldızlarım – Nəsrin, İradə, həyat yoldaşım Vüsalə və qızım Nuray da getdilər. Mən toyda araq içib sərxoş oldum. Orada qızım və həyat yoldaşımın geyindiyim paltarlar xoşuma gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyimi dedim. Bunun üstündə orada bizimlə bir masada oturan baldızım Nəsrin ilə də aramızda mübahisə yarandı. Lakin həmin mübahisəni sərxoş olduğum üçün dəqiq xatırlamıram. Həyat yoldaşım və qızım sözümə məhəl qoymayaraq toyda oturdular və toy qurtarana yaxın qayınanamın evinə getdilər. Mən də onların sözümə baxmadıqlarından əsəbiləşdim, onların arxasınca qayınanamgilə getdim. Qapını döydüm və qapı açılanda qabağıma qayınanam çıxdı. Qayınanam qabağımda durduğu üçün onu vuraraq kənara itələdim. Həmin vaxt qızım və baldızım Nəsrinin oğlu Cəmil araya girərək məni sakitləşdirdilər”. 
Vilayət bildirib ki, daha sonra evə Nəsrin də gəlib və həyətdə onun üstünə hücum edib: “Mən də həmin vaxt Nəsrini yumruq və təpiklə vurdum. Həmin vaxt Cəmil məni həyətdən çıxartdı. Mən də evimə getdim. Sonradan polis əməkdaşları evimə gələndə Nəsrinin məndən şikayət etdiyini bildim. Daha sonra polis əməkdaşları məni sərxoşluq müayinəsindən keçirdilər”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəsrinin sözlərinə görə, anası Nazilə, bacıları – İradə və Vüsalə, bacısı qızı Nuray, həm qaynı, həm də yeznəsi olan Vilayətlə birlikdə şadlıq sarayında qonşuları Aynurənin oğlunun toy mərasiminə gediblər: “Vilayət toyda spirtli içki içib sərxoş olandan sonra masamıza gələrək həyat yoldaşı Vüsaləyə bizim yanımızda oturmamasını, bizimlə birlikdə oynamağa durmamasını dedi. Mən Vilayətə yanımızdan aralaşmasını bildirdim. Lakin həmin vaxt Vilayət masanın üstündə olan stəkandakı suyu üzümə tökdü. Bundan sonra Vilayət təkrar bir neçə dəfə də masamıza gələrək mənə söz atdı və məni təhqir etdi. Bir müddət sonra anam və bacılarım Vilayətin hərəkətlərindən bezərək toydan getdilər. Lakin mən toyun axırına kimi gözlədim. Həmin gün saat 21.50-də toydan çıxaraq evə gələn zaman həyətdən səs-küy eşitdim. Yaşadığım evin həyətinə daxil olanda Vilayətin anam və bacılarım ilə mübahisə edərək onları döydüyünü gördüm. Vilayət də mənim gəldiyini görən kimi üstümə hücum çəkdi və sərxoş vəziyyətdə məni söyüb təhqir edərək təpiklə ayağıma vurdu. Sonra da əlim ilə qolumdan vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt oğlum Cəmil Vilayəti aralaşdıraraq apardı. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”. 
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vilayətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri