Icma.az
close
up
RU
“Səssiz” gəlib qəfil aparan ölümlər Genetik amil, yoxsa...

“Səssiz” gəlib qəfil aparan ölümlər Genetik amil, yoxsa...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Həkim deyir ki, ildə ən azı iki dəfə kardioloq müayinəsindən keçmək lazımdır 

Xəbər verildiyi kimi, Sumqayıtda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi Müşfiq Fəttayev ürək tutmasından dünyasını dəyişib. Gəncin səhhətindən heç bir şikayəti olmadığı, idmanla (boksla) məşğul olduğu deyilir. 

Maraqlıdır ki, illər öncə, 2009-cu ilin oktyabrında partiya sədrinin 11-ci sinif şagirdi olan oğlu Mircəlil Fəttayev də qəfil ürək tutmasından vəfat etmişdi. 2012-ci ildə isə partiya sədrinin 28 yaşlı qızı Mahirə qəfil dünyasını dəyişib. 4 il sonra, 2016-cı ildə onun bacısı oğlu, 11-ci sinif şagirdi Ümid yenə qəfil vəfat edib. 

Bu faciələrdə genetik amil, xroniki ürək qüsurları nə dərəcədə rol oynaya bilərdi? İnsanlar, valideynlər nələrə xüsusi diqqət etməlidir? Simptomsuz keçən ürək xəstəliklərindən necə qorunmalı?    

Həkim-kardioloq Jalə Abbasova mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu cür hallar ailədə irsi ürək patologiyalarının mövcudluğunu göstərir: “Bir ailədə bir neçə nəfərin qəfil ürək tutmasından vəfat etməsi həmin şəxslərdə irsi ürək xəstəliklərinin ola biləcəyini düşündürür. Belə hallarda ailə üzvləri, heç bir şikayətləri olmasa belə, ildə ən azı iki dəfə kardioloq müayinəsindən keçməlidirlər. Müayinə zamanı elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ümumi və biokimyəvi qan analizləri, eləcə də qan laxtalanma göstəriciləri yoxlanılmalıdır”.

Həkim deyir ki, qəfil ürək tutmalarının müxtəlif səbəbləri var: “Bunlara uzun QT sindromu, Brugada sindromu, müxtəlif kardiomiopatiyalar, ritm pozğunluqları və anadangəlmə ürək qüsurları daxildir. Bəzi hallarda bu patologiyalar uzun müddət heç bir klinik əlamət vermir. Xəstə adi müayinəyə gəldikdə belə, EKQ vasitəsilə ritm pozğunluqları, exokardioqrafiya ilə isə anadangəlmə ürək qüsurları aşkar edilə bilər.

Əgər xəstə ürək döyüntüsündən şikayət edirsə, sutkalıq Holter monitorinqi vasitəsilə gün ərzində ürək ritmini qeydə alırıq və gizli ritm pozğunluqlarını müəyyən edə bilirik. Ona görə də biz hər zaman vurğulayırıq ki, kardioloji müayinələr yalnız şikayət olduqda deyil, profilaktik məqsədlə də aparılmalıdır. Çünki şikayət yarananda artıq xəstəliyin gecikmiş mərhələsi ilə qarşılaşırıq. Ailəsində gənc yaşlarda qəfil ölüm halları olan şəxslər uşaqlıq dövründən etibarən, heç bir simptom olmasa belə, mütəmadi olaraq kardioloji müayinələrdən keçməlidirlər".

Dünyada tanınmış kardioloqların fikirlərinə görə də, bir ailədə gənc yaşlarda baş verən ardıcıl qəfil ölümlər təsadüf hesab edilmir və əksər hallarda irsi ürək xəstəlikləri ilə əlaqələndirilir. Harvard Tibb Məktəbi ilə əməkdaşlıq etmiş, hipertrofik kardiomiopatiya üzrə aparıcı mütəxəssis Barry J. Maron bildirir ki, gənclərdə və idmanla məşğul olan şəxslərdə qəfil ürək ölümü çox zaman əvvəldən simptom verməyən genetik ürək patologiyalarının nəticəsidir. Onun sözlərinə görə, ailə tarixçəsində bir neçə belə ölüm halı varsa, bu artıq ciddi tibbi xəbərdarlıqdır və həmin ailə üzvləri şikayətləri olmasa belə mütləq kardioloji və genetik müayinələrdən keçməlidirlər.

Mayo Klinikasının genetik ürək ritm pozğunluqları üzrə tanınmış mütəxəssisi Michael Ackerman qeyd edir ki, uzun QT sindromu, Brugada sindromu və digər irsi aritmiyalar uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Onun sözlərinə görə, bu xəstəliklərdə ilk simptom bəzən elə qəfil ölüm olur. Ackerman hesab edir ki, ailəsində izah olunmayan erkən ölümlər olan şəxslər uşaqlıq dövründən etibarən elektrokardioqrafiya, exokardioqrafiya və riskli hallarda genetik testlərdən keçməlidir. Xüsusilə idmanla məşğul olan gənclər üçün kardioloji nəzarət daha ciddi aparılmalıdır.

Londonun St. George’s Universitetinin idman kardiologiyası üzrə aparıcı mütəxəssisi Sanjay Sharma isə vurğulayır ki, “idman ürəyi hər zaman qoruyur” fikri bütün hallarda doğru deyil. Onun sözlərinə görə, irsi ürək xəstəlikləri olan gənclərdə intensiv fiziki yüklənmə, xüsusilə boks, futbol və digər yüksək gərginlik tələb edən idman növləri qəfil ürək dayanması riskini artıra bilər. Məhz bu səbəbdən bir çox Avropa ölkələrində gənc idmançılar üçün məcburi EKQ müayinələri tətbiq olunur.

Dünya miqyasında ən nüfuzlu kardioloqlardan biri hesab olunan Valentin Fuster də profilaktik müayinələrin əhəmiyyətini xüsusi qeyd edir. O bildirir ki, ürək xəstəliklərinin ən təhlükəli tərəfi onların uzun müddət simptomsuz keçməsidir və müayinələr aparılmadıqda ilk əlamət çox zaman faciə ilə nəticələnir. Fuster valideynlərə tövsiyə edir ki, uşaqlarda səbəbsiz huş itirmə, tez-tez halsızlıq, ürək döyüntüsü kimi hallar heç vaxt diqqətdən kənarda qalmamalı, ailə tarixçəsində olan ürək problemləri həkimdən gizlədilməməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri