Icma.az
close
up
RU
Səssiz zənglər nədir və niyə təhlükəlidirlər?

Səssiz zənglər nədir və niyə təhlükəlidirlər?

Icma.az, Lent az saytına istinadən bildirir.

Bir çox mobil istifadəçi naməlum nömrədən zəng gəlib qarşı tərəfin susduqdan sonra telefonu söndürməsi ilə qarşılaşıb. İlk baxışdan bu cür zənglər adi nömrə səhvi kimi görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, əksər hallarda bu, fırıldaqçıların istifadə etdiyi üsullardan biridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, səssiz zənglərin arxasında əsasən telefon dələduzları dayanır.

Onlar qanunsuzluqla əldə etdikləri telefon nömrələri bazaları üzərindən kütləvi zənglər edirlər. Əgər abunəçi zəngə cavab verirsə, həmin nömrə “aktiv” kimi qeyd olunur.

Bir neçə gün sonra bu cür aktiv nömrələr müxtəlif fırıldaq sxemlərində istifadə oluna bilər. Bunlara özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin zəngləri, istifadəçinin səsini yazmaq cəhdləri və ya qəsdən zəngin yarımçıq saxlanılması daxildir. Sonuncu halda abunəçi geri zəng etdikdə, balansdan xeyli məbləğ çıxarıla bilər.

Səssiz zənglərdən necə qorunmaq olar?

Mütəxəssislər bir neçə vacib tövsiyə verir:

Naməlum nömrələrdən gələn zənglərə cavab verməmək ən etibarlı üsullardan biri sayılır. Bu halda fırıldaqçılar nömrəni qeyri-aktiv kimi bazadan silə bilərlər. Əgər zəngə cavab vermisinizsə, “bəli” deməkdən çəkinin. Bu söz sonradan müxtəlif onlayn xidmətlərin təsdiqi üçün istifadə oluna bilər. Böyük mobil operatorların əksəriyyəti spam zənglərin bloklanması xidmətləri təqdim edir. Bu funksiyanı aktivləşdirməklə şübhəli zənglərin qarşısını almaq mümkündür.

Mütəxəssislər ümid edirlər ki, bu tövsiyələr istifadəçilərə səssiz və şübhəli zənglərdən yayınmağa, eləcə də mümkün maliyyə itkilərindən qorunmağa kömək edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri