Icma.az
close
up
RU
“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” Qərbi Azərbaycan Xronikası

“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” Qərbi Azərbaycan Xronikası

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar” adlı veriliş Loru mahalının Vorontsovka rayonunun Kruqlaya Şişka kənd sakini Vüqar Hacıyevin həyat hekayəsinə həsr olunub.

O, 1974-ci ildə kiçik bir malakan kəndində doğulduğunu, əsasən Evli kəndində babasının yanında böyüyüb boya-başa çatdığını deyib: “Uşaqlıq, yeniyetmə dövrüm bu kənddə keçib. Orta məktəbə bu kənddə getmişəm, bütün dostlarım, sinif yoldaşlarım hamısı bu kəndlə bağlıdır. Yer dağlıq ərazi olduğuna görə çox soyuq olurdu. Kənddə müasir tipli məktəb, idman zalı var idi. Hər həftənin sonunda radio qovşağından məktəbin “əlaçı” oxuyan və “pis” qiymət alanların adları çəkilirdi. Məktəbdə dərnəklər, fənlərarası yarışlar, ali məktəbə qəbul olan tələbələrlə görüşlər təşkil olunurdu”.

V.Hacıyev 8 aylığında olarkən atasının yol qəzasında dünyasını dəyişdiyini, yaşadığı məkanın təmiz türk yurdu olduğunu söyləub: “Heç vaxt orada ermənilər yaşamayıb. Bizə qarşı ermənilərin məkirli, düşmən kimi yanaşmalarını hiss edirdik. Hətta onların uşaqları belə bizə düşmən gözü ilə baxırdılar. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar.

Onun sözlərinə görə, ermənilər 20-ci əsrin əvvəllərində olduğu kimi, 1988-ci ildə də azərbaycanlıları dədə-baba yurdlarından didərgin salıb, türk yurdlarını boşaltdırıblar: “Son vaxtlar onlar gecələr kəndlərdə, rayon mərkəzində azərbaycanlıların evlərinə basqın edir, insanları döyür, hədə-qorxu gəlməyə başladılar. Haylar mitinqlərdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar”.

Rayonda Məhəmməd adlı qoca kişini evində öldürdülər. Rayonun rəhbərliyi səviyyəsində tapışırıq vermişdilər ki, kənddən çıxıb getmək lazımdır. 1988-ci il noyabrın 22-də 8-ci sinifdə oxuyurdum, 15 yaşın içində idim. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Beləliklə, bizim qaçqınlıq həyatı başladı. Gürcüstanın bizimlə qonşu Səfərli kəndinə gəldik. Orada az müddət qalandan sonra Azərbaycana, İsmayıllı rayonunun Qoşakənd kəndində, sonra isə Bakının Mərdəkən qəsəbəsində məskunlaşdıq.

V.Hacıyev doğma yurda qayıdış ümidini 36 ildir itirmədiyini deyib: “Biz o yurdlara mütləq dönəcəyik. Çox arzu edirəm ki, kəndimizə tezliklə qayıdaq. Mən kəndə qaydanda ilk ziyarət edəcəyim yer atamın qəbri, ziyarətgahlar, inanc yerləri olacaq. Uşaqlığımızın at belində keçdiyi yayalaqlardakı günlər üçün çox darıxmışam”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş noyabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri