Icma.az
close
up
RU
Xronika: Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər Xəbər saytı Son xəbərlər və Hadisələr

Xronika: Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar" adlı veriliş Loru mahalının Vorontsovka rayonunun Kruqlaya Şişka kənd sakini Vüqar Hacıyevin həyat hekayəsinə həsr olunub.

O, 1974-ci ildə kiçik bir malakan kəndində doğulduğunu, əsasən Evli kəndində babasının yanında böyüyüb boya-başa çatdığını deyib: "Uşaqlıq, yeniyetmə dövrüm bu kənddə keçib. Orta məktəbə bu kənddə getmişəm, bütün dostlarım, sinif yoldaşlarım hamısı bu kəndlə bağlıdır. Yer dağlıq ərazi olduğuna görə çox soyuq olurdu. Kənddə müasir tipli məktəb, idman zalı var idi. Hər həftənin sonunda radio qovşağından məktəbin "əlaçı" oxuyan və "pis" qiymət alanların adları çəkilirdi. Məktəbdə dərnəklər, fənlərarası yarışlar, ali məktəbə qəbul olan tələbələrlə görüşlər təşkil olunurdu".

V.Hacıyev 8 aylığında olarkən atasının yol qəzasında dünyasını dəyişdiyini, yaşadığı məkanın təmiz türk yurdu olduğunu söyləyib: "Heç vaxt orada ermənilər yaşamayıb. Bizə qarşı ermənilərin məkrli, düşmən kimi yanaşmalarını hiss edirdik. Hətta onların uşaqları belə bizə düşmən gözü ilə baxırdılar. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar.

Onun sözlərinə görə, ermənilər 20-ci əsrin əvvəllərində olduğu kimi, 1988-ci ildə də azərbaycanlıları dədə-baba yurdlarından didərgin salıb, türk yurdlarını boşaltdırıblar: "Son vaxtlar onlar gecələr kəndlərdə, rayon mərkəzində azərbaycanlıların evlərinə basqın edir, insanları döyür, hədə-qorxu gəlməyə başladılar. Haylar mitinqlərdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar".

Rayonda Məhəmməd adlı qoca kişini evində öldürdülər. Rayonun rəhbərliyi səviyyəsində tapışırıq vermişdilər ki, kənddən çıxıb getmək lazımdır. 1988-ci il noyabrın 22-də 8-ci sinifdə oxuyurdum, 15 yaşın içində idim. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Beləliklə, bizim qaçqınlıq həyatımız başladı. Gürcüstanın bizimlə qonşu Səfərli kəndinə gəldik. Orada az müddət qalandan sonra Azərbaycana, İsmayıllı rayonunun Qoşakənd kəndində, sonra isə Bakının Mərdəkən qəsəbəsində məskunlaşdıq.

V.Hacıyev doğma yurda qayıdış ümidini 36 ildir itirmədiyini deyib: "Biz o yurdlara mütləq dönəcəyik. Çox arzu edirəm ki, kəndimizə tezliklə qayıdaq. Mən kəndə qaydanda ilk ziyarət edəcəyim yer atamın qəbri, ziyarətgahlar, inanc yerləri olacaq. Uşaqlığımızın at belində keçdiyi yaylaqlardakı günlər üçün çox darıxmışam".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see224

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see165

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see131

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see128

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see126

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see124

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri