Icma.az
close
up
RU
ŞƏT ilə əməkdaşlıq Azərbaycanın sabitlik və təhlükəsizlik təşəbbüslərini gücləndirir

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın sabitlik və təhlükəsizlik təşəbbüslərini gücləndirir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasında yüksək səviyyədə qarşılanması, Azərbaycana nümayəndə heyətinə olan münasibət iki ölkə arasında əlaqələrin xarakterini təcəssüm etdirir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında keçirilən görüşdə dəvacib istiqamətləri əhatə edən mövzular müzakirə edilib.Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürlərini çatdırıb: “Azərbaycanla Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq formalaşıb. Əlaqələrin hazırkı səviyyəsi strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və o zaman aparılan səmimi müzakirələr də bu görüşdə bir daha vurğulanıb. Həmçinin Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyi qeyd olunub. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyi, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyəti, bu xüsusda Trans-Xəzər marşrutunun önəmi diqqətə çatdırılıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsinin vacibliyi qarşıda duran əsas istiqamətlərdən biri kimi vurğulanıb. Eyni zamanda Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyəti də Liderlərin görüşündə diqqət mərkəzində olub. Çin Xalq Respublikasının Azərbaycanın suveren inkişaf modelinin dəstəkləndiyi bir daha bəyan olunub. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb. Ölkəmizin başçısı xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu bir daha vurğulanıb”.

Deputat Azərbaycanla Çin arasındakı ticarət münasibətləri, “Bir kəmər, bir yol” layihəsi, Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların artmasından bəhs edib: “Bu xüsusda ölkəmizin ərazisindən keçən mühüm kommunikasiya xəttləri vasitəsi ilə Çin yüklərinin daşınma həcminin artdığı da qeyd olunub. Sözsüz ki, Azərbaycanla Çin arasında vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişafında dinamika mövcuddur. Azərbaycan, həmçinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyərək bu layihə çərçivəsində Çinin Orta Asiya və Avropa bazarlarına çıxışında strateji rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi infrastruktur layihələri Çin-Azərbaycan əməkdaşlığını daha da gücləndirir. Təbii ki, Azərbaycanın tranzit ölkə kimi rolu Çinin Avropa ilə əlaqəsində mühüm əhəmiyyət kəsb edir. “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Çin malları Azərbaycan üzərindən Avropaya çatdırılır. Bu, nəinki iqtisadi, həm də geosiyasi baxımdan strateji əməkdaşlıq yaradır. Bütün bunlar isə Azərbaycanla Çin arasında münasibətlərin qarşılıqlı maraqlar və strateji baxışlar üzərində qurulduğunu xarakterizə edir”.

Sevinc Hüseynova bildirib ki, Azərbaycan Prezidentinin Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət olunması ölkəmizə olan yüksək münasibətdən xəbər verir: “ŞƏT ilə əlaqələr coğrafi paylaşımına və əhalisinə görə olduqca önəmlidir. 2015-ci ildə Ufada keçirilən sammitdə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi Azərbaycanın Avrasiya geosiyasətində strateji mövqeyinin möhkəmlənməsini ehtiva edirdi. 2016-cı ildə Azərbaycan və ŞƏT arasında imzalanan və əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən memorandum isə münasibətlərin dərinləşməsində vacib rola malikdir. Bundan öncə də “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri təmsil olunub. Prezident İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirak edib. Çinin Tiencin şəhərində keçirilən ŞƏT-in növbəti Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamənin əhəmiyyəti də olduqca böyükdür. Azərbaycan üçün də bu təşkilatın qəbul etdiyi qərarların önəmi olduqca əhəmiyyətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, 20-dən çox dünya lideri və 10 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi sammit regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Təbii ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi yeni əməkdaşlıq imkanları formalaşdırır. Azərbaycanın regionda və qlobal miqyasda artan mövqeyi fonunda ŞƏT-lə əlaqələr ölkəmizin xarici siyasət strategiyasında mühüm yer tutur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri