Icma.az
close
up
RU
Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir RƏY

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir RƏY

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın fəal və çoxşaxəli xarici siyasətinin növbəti mühüm göstəricisidir. Bişkekdə keçirilən yüksək səviyyəli tədbirlər və aparılan ikitərəfli görüşlər Azərbaycanın həm regional proseslərin iştirakçısı, həm də müxtəlif siyasi və iqtisadi platformalar arasında əlaqələrin qurulmasında mühüm rol oynayan orta güc olduğunu bir daha nümayiş etdirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin yeni məzmun qazandığını xüsusi vurğulamaq lazımdır. Əvvəllər əsasən siyasi və humanitar əlaqələrlə xarakterizə olunan münasibətlər bu gün iqtisadiyyat, nəqliyyat, logistika, enerji və ticarət sahələrini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilir. Bu prosesdə Azərbaycanın coğrafi mövqeyi mühüm üstünlükdür. Xəzər dənizi ölkəmizi Mərkəzi Asiyanın aparıcı dövlətləri ilə birləşdirən təbii bağlantı məkanıdır. Digər tərəfdən, Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu Şərqdən Qərbə uzanan marşrutların səmərəliliyini artırır. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Bakı və Astana Xəzər üzərindən Şərq-Qərb nəqliyyat bağlantısının inkişafında əsas tərəfdaşlardandır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycan-Qazaxıstan əməkdaşlığı daha geniş geoiqtisadi məna kəsb edir.

“Səfərin mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Azərbaycan və Ermənistan liderlərinin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində birbaşa təmaslarının davam etdirilməsi regionda sülh gündəliyinin qorunması baxımından əhəmiyyətlidir. Xüsusilə son dövrdə əldə edilən razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün siyasi dialoqun davamlı olması vacibdir.

Bişkek görüşü bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizlik məsələlərində fəal mövqeyilə seçilir. Ölkəmiz regionda yeni siyasi reallıqların formalaşdırılması və davamlı sülhün təmin olunması prosesində aktiv iştirak edir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik həm də iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açmalıdır. Sülhün iqtisadi dividendlərə çevrilməsi isə region ölkələrinin qarşılıqlı əməkdaşlığını daha da gücləndirəcək”, - deyə deputat bildirib.

Könül Nurullayeva Azərbaycanın ŞƏT məkanına marağını şərtləndirən əsas amillərdən birinin də məhz onun coğrafi mövqeyi olduğuna diqqət çəkib: “Ölkəmiz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən mühüm həlqədir. Orta Dəhlizin inkişafı Azərbaycanın bu baxımdan əhəmiyyətini daha da artırır. Yəni, Azərbaycan-ŞƏT əməkdaşlığının perspektivlərini yalnız siyasi dialoq çərçivəsində qiymətləndirmək doğru olmaz. Burada nəqliyyat və logistika ilə yanaşı, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi istiqamətlər üçün də geniş imkanlar mövcuddur. Ümumiyyətlə, dövlətimizin başçısının Bişkek səfəri Azərbaycanın regional sülh və təhlükəsizlik gündəliyində fəal iştirakını, Mərkəzi Asiya ilə strateji əlaqələrin gücləndirildiyini, Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanlarının genişləndiyini göstərib. Bütün bunların fonunda Bişkek səfəri Azərbaycanın xarici siyasətində siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və humanitar həmrəyliyin vahid strateji xətt üzrə birləşdirildiyini təsdiqləyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri