Icma.az
close
up
RU
“ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” adlı beynəlxalq dəyirmi masa təşkil olunub

“ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” adlı beynəlxalq dəyirmi masa təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Tacikistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistandakı Dostluq və Əməkdaşlıq Mərkəzində “ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistan Respublikası XİN-in MDB ölkələri departamentinin rəhbəri, ŞƏT işləri üzrə milli koordinator v.i.e. Əhməd Saidmurodzoda ŞƏT ilə əməkdaşlığı və bu çərçivədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsində görülmüş işlərdən söhbət açıb. O, ŞƏT Dövlət Başçıları Şurasının 2024-cü ilin 4 iyul tarixli qərarı ilə Düşənbə şəhərində açılması nəzərdə tutulan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas element rolunu oynayacaq ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasından və bu istiqamətdə aparılan işlərdən danışıb. Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ölkəmizin ŞƏT ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini, Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa qlobal təhdidlərin və çağırışların həllinə çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu və bu kontekstdə Azərbaycanın xarici siyasətinin ŞƏT-in paylaşdığı məqsədlərlə üst-üstə düşdüyünü qeyd edib. Həmçinin, narkotik vasitələrə tələb və təklifin azaldılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, genişmiqyaslı məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, müalicə üsulları və reabilitasiya xidmətləri sisteminin genişləndirilməsini nəzərdə tutan ardıcıl beşillik dövlət proqramlarının qəbul edildiyini və Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərini qeyd edib. Tədbirdə iştirak edən ŞƏT-ə üzv ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri çıxışlar edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkələrində həyata keçirilmiş tədbirlər barədə söhbət açıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri