“ŞƏT praktikada: Yeni Özbəkistanın təşəbbüsləri” mövzusunda dəyirmi masa keçirilib.
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistanın paytaxtı Daşkənddə “ŞƏT praktikada: Yeni Özbəkistanın təşəbbüsləri” mövzusunda dəyirmi masa keçirilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, dialoqa dövlət təşkilatlarının və qeyri-hökumət qeyri-kommersiya qurumlarının nümayəndələri, alimlər, millət vəkilləri, gənc tələbələr dəvət olunub.
Tədbirdə ŞƏT-in Çin sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü təşəbbüslər iştirakçıların diqqət mərkəzində olub.
Qeyd edək ki, Özbəkistan rəhbəri təşkilatın və onun təsisatlarının səmərəliliyinin artırılmasını təklif edib. O, həmçinin Qlobal Cənub ölkələri də daxil olmaqla, təşkilatın yeni tərəfdaşları daxil etmək üçün genişləndirilməsi ideyasını dəstəkləyib.
Özbəkistan Prezidenti təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib: o, ŞƏT-in Nüvə Təhlükəsizliyi Bəyannaməsinin qəbul edilməsini, daxili işlər nazirlərinin iclasının fəaliyyətinin bərpasını, cinayətkarlıqla mübarizə üzrə sazişin yenilənməsini, 2030-cu ilə qədər narkomaniyaya qarşı mübarizə proqramının hazırlanmasını təklif edib.
Bundan əlavə, Əfqanıstanda dialoq və sosial layihələrin həyata keçirilməsi məqsədilə ŞƏT-Əfqanıstan dialoq qrupunun fəaliyyətinin bərpasını dəstəkləyib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbəkistanın qlobal təşəbbüsləri yeni düşüncə mədəniyyəti, yeni insan istiqamətidir
27 Oktyabr 2025 15:37
ŞƏT: narkotiksiz sağlam cəmiyyət uğrunda mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycan da iştirak edib
30 Yanvar 2025 23:11
“Qardaşlığımız əbəbdidir” mövzusunda dəyirmi masa keçirilib
16 Sentyabr 2025 13:45
“ŞƏT: narkotiksiz sağlam cəmiyyət yolunda” adlı beynəlxalq dəyirmi masa təşkil olunub
30 Yanvar 2025 20:50
“Kürəkçay müqaviləsi 220” mövzusunda dəyirmi masa keçirilib
21 May 2025 17:49
Baxış sayı:61
Bu xəbər 04 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















