Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT ilə münasibətləri genişlənir Deputat

Azərbaycanın ŞƏT ilə münasibətləri genişlənir Deputat

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı iqtisadi əlaqələr, sivilizasiyalararası dialoq da diqqət mərkəzində olan məsələlərdəndir”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının illik sammitində vacib məsələlər müzakirə olunub:
“Sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edib. Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə – Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər”.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın son illər ŞƏT ilə əlaqələri genişlənir:
“Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Prezident İlham Əliyevin təşkilatın Çində keçirilən budəfəki sammitinə də dəvət edilməsi dövlətimizin və onun liderinin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir.
Cənab Prezidentin Çində yüksək səviyyədə qarşılanması, dövlətimizin başçısının Çinin, Türkiyənin, Pakistanın və digər ölkələrin liderləri ilə görüşündə aparılan müzakirələr Azərbaycanın dünya üçün nə dərəcədə böyük önəm kəsb etdiyini təsdiqləyir. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı ölkəmizin ŞƏT çərçivəsində siyasəti, təşkilata üzv ölkələrlə əməkdaşlığının əhəmiyyəti, perspektivlər və s. barədə fikirlərini ifadə edib”.
Sevinc Fətəliyeva qeyd edib ki, belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir:
“Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Bütövlükdə Azərbaycan özünün xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatından mühüm platforma kimi istifadə etməkdədir. Azərbaycanın çox vacib geosiyasi və coğrafi mövqedə yerləşməsi Asiya ilə Avropanın iqtisadi-ticarət əlaqələrində önəmli rol oynayır. Bu fakt ölkəmizə böyük siyasi və iqtisadi dividentlər qazandırır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri