Icma.az
close
up
RU
“ŞƏT tərəfdaşı statusu Azərbaycanın təşkilata üzvlüyündə ciddi bir addım olacaq” Ekspert

“ŞƏT tərəfdaşı statusu Azərbaycanın təşkilata üzvlüyündə ciddi bir addım olacaq” Ekspert

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Bugünkü beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq təşkilatlar müəyyən paya malikdirlər. Həmin qurumlar ölkələr arasında münasibətlərin, ticari-iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində, ən əsası dövlətlərarası qeyri-müəyyənliyin aradan qaldırılmasında bir platforma kimi çıxış edirlər. Bu baxımdan beynəlxalq təşkilatlar arasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hazırkı dünya siyasətində mühüm önəmə malikdir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov ŞƏT-in qlobal müstəvidəki rolu, Azərbaycanın təşkilatla əməkdaşlıq perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ŞƏT-in əhəmiyyəti hər şeydən əvvəl onun əhatə etdiyi coğrafiya ilə ölçülür: “Bu təşkilatın dünyanın təxminən 25 fazini, dünya əhalisinin 42 faizini, dünya ÜDM-nin 23 faizdən çoxunu əhatə etməsi onun çəkisinin göstəricisidir. ŞƏT-in 10 üzvü var, 2 müşahidəçi və bundan başqa, dialoq üzrə tərəfdaşlar var ki, Azərbaycan da 2016-cı ildən etibarən onlardan biridir. Əsas məqsədləri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, Avrasiyanın inteqrasiyasının təmini, eyni zamanda, təhlükəsizlik, mütəşşəkil cinayətkarlıq, ekstremizm, terrorizmlə mübarizə, logistika, yaşıl enerji və s. sahələrdə əməkdaşlığın dərinləşməsi var. Bütün bu faktorlara nəzər salsaq, biz bir daha ŞƏT-in dünya siyasətində artan önəminə diqqət yetirə bilərik.

Xüsusilə son illər görürük ki, təşkilat öz fəaliyyətini xeyli aktivləşdirib. Görüşlərin, sammitlərin baş tutması, yeni üzvlərin qəbul edilməsi bir müddət bəlkə də ətalətdə qalan təşkilatın yenidən canlanmasını özündə ehtiva edir ki, bu da dünyada son vaxtlar baş verən hadisələrlə bağlıdır. Söhbət müharibələrin, münaqişə ocaqlarının artmasından, yeni geosiyasi blokların şəkillənməsindən, yeni dünya düzənin formalaşmasından gedir. Bu baxımdan da ŞƏT-in daha aktiv fəaliyyət göstərməsi zərurəti meydana çıxıb”. 

Azərbaycan-ŞƏT əlaqələrinə toxunan ekspert deyib ki, ölkəmiz 2016-cı ildən başlayaraq qurumla ciddi şəkildə əməkdaşlıq kursunu həyata keçirməyə başlayıb, həmin vaxt dialoq üzrə tərəfdaşlıq barədə memorandum imzalanıb:

“Bu kontekstdə biz Azərbaycan-Çin əlaqələrinə də xüsusi önəm verməliyik. Çünki təşkilatın aparıcı üzvlərindən biri məhz Çindir. Xüsusilə son bir ildə Azərbaycan-Çin əlaqələrində intensiv təmasların həyata keçirilməsi, aprel ayında Prezident İlham Əliyevin səfəri, hərtərəfli strateji tərəfdaşlıq razılaşmasının imzalanması, dövlət başçısının Sədr Si Cinpinin dəvəti ilə Çinə budəfəki səfəri, “ŞƏT plyus” sammitində iştirakı bir daha Azərbaycan-Çin əlaqələrinin yeni mərhələdə olduğunu göstərir. Eyni zamanda, bu, Pekinin Azərbaycanın strateji əhəmiyyətinə verdiyi dəyərin göstəricisidir. Bu sammitdə Si Cinpin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəklədi. Sammitdə ŞƏT tərəfdaşı statusu razılaşdırıldı. Azərbaycan ŞƏT tərəfdaşı statusunu alacaq dövlətlərin siyahısında yer alıb. Bu da ölkəmizin təşkilata üzvlüyündə ciddi bir addım kimi nəzərdən  keçirilməlidir”.

S.Zahidova görə, Azərbaycan ŞƏT üçün ona görə vacibdir ki, ölkəmiz regional və qlobal problemlərin həllində iştirak edən dövlətlərin siyahısında yer almaqdadır: “Nəinki Qafqazdakı məsələlərdə, Avropanın enerji təhlükəsizliyində də ciddi rola malikdir, Yaxın və Orta Şərqdə dövlətlərarası münaqişələrin həllində də rol oynayır. Azərbaycanın yerləşdiyi coğrafiya, malik olduğu resurslar ŞƏT üçün əhəmiyyət kəsb edir. Xüsusilə Avropa və Şərqi Asiya arasında nəqliyyat kommunikasiya xətlərinin inkişaf etdirilməsində, infrastruktur layihələrin həyata keçirilməsində Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərinin mərkəzində yerləşən bir dövlət kimi dəyəri təkzibedilməzdir”.

Ekspert deyib ki, Azərbaycana ŞƏT ilə əməkdaşlıq ona görə vacibdir ki, bu, ilk növbədə ölkəmizin geosiyasi diversifikasiya kursuna uyğundur: “Digər tərəfdən bu, Azərbaycanın ticari-iqtisadi maraqlarına xidmət edir. ŞƏT geniş bir bazardır, geniş imkanlardır. Azərbaycanın qurumla əməkdaşlığı ölkəmizin inkişafına, əhalinin sosial rifahına, iqtisadi göstəricilərin artmasına töhfə verəcək. Eyni zamanda, logistik hab kimi Azərbaycan Avropa və Asiya arasında bir körpü olaraq hesab edirəm ki, ŞƏT vasitəsilə öz imkanlarını daha da genişləndirəcək, tranzit rolu, çəkisi daha da artacaq. Məhz bu səbəblərdən ŞƏT Azərbaycanla əməkdaşlığın sıxlaşdırılmasını dəstəkləyir. Yəni geosiyasi diversifikasiya, ticari-iqtisadi maraqlar, ölkəmizin nəqliyyat gündəliyi Azərbaycanı ŞƏT-lə yaxınlaşdıran faktorlar sırasındadır. Burda Orta Dəhlizi də qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüskarı və əsas oyunçusu olduğu bu layihə Şərq-Qərb arasında nəqliyyat kommunikasiyalarının inkişafında çox vacibdir və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə inteqrasiyası aktualdır, həm Çin, həm Azərbaycan bunu dəstəkləyir, Nəticə etibarilə bu xətt bütün Avrasiyanın inteqrasiyasına, inkişafına və sabitliyinə gətirib çıxaracaq”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri