Icma.az
close
up
RU
Azərbaycanın “ŞƏT tərəfdaşı” statusu ölkəmizin balanslaşdırılmış xarici siyasət kursuna uyğundur RƏY

Azərbaycanın “ŞƏT tərəfdaşı” statusu ölkəmizin balanslaşdırılmış xarici siyasət kursuna uyğundur RƏY

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son iclasında mühüm qərar qəbul edərək “ŞƏT tərəfdaşı” adlı yeni vahid status təsis etdi. Bu addım təşkilatın fəaliyyətində əməkdaşlıq formatlarını sadələşdirmək və genişləndirmək məqsədi daşıyır. Azərbaycan da bu statusa daxil olacaq və bu, ölkəmizin beynəlxalq münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, ŞƏT tədbirlərində fəal iştirak edir: “Hazırda ŞƏT-ə 9 ölkə üzvdür, 3 ölkə müşahidəçi statusu daşıyır, 14-dən çox ölkə isə tərəfdaş qismində iştirak edir. Ümumilikdə təşkilata üzv və tərəfdaş ölkələrin dünya əhalisinin təxminən 40 faizini, dünya ÜDM-nin isə 25 faizdən çoxunu əhatə etməsi ŞƏT-in qlobal əhəmiyyətini göstərir.

Azərbaycanın bu təşkilat çərçivəsində rolu əsasən nəqliyyat və enerji layihələri ilə bağlıdır. Məsələn, 2023-cü ildə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya və region ölkələrinə 23 milyard kubmetr qaz ixrac edilib. Bakı-Tbilisi-Qars dəmir yolu ilə isə illik yükgöndərmə tutumu 5 milyon tona çatdırılıb və gələcəkdə bu rəqəmin ikiqat artırılması planlaşdırılır. Bu layihələr ŞƏT ölkələrinin enerji və logistika maraqlarına birbaşa xidmət edir.

Deputat qeyd edib ki, “ŞƏT tərəfdaşı” statusunun Azərbaycana verdiyi üstünlüklər təkcə siyasi dialoqla məhdudlaşmır. Azərbaycanla ŞƏT ölkələri arasında 2022-ci ildə ticarət dövriyyəsi 15 milyard ABŞ dollarından çox olub. Yeni status bu göstəricini artırmaq üçün əlverişli imkanlar yaradacaq. Eyni zamanda, investisiya layihələrinin genişlənməsi, texnologiya və təhsil sahələrində əməkdaşlığın güclənməsi də gözlənilir.

“Təhlükəsizlik sahəsində də əməkdaşlıq diqqət mərkəzində olacaq. ŞƏT çərçivəsində qəbul edilən qərarların əsas hissəsi terrorizm, narkotik qaçaqmalçılığı və transmilli cinayətkarlıqla mübarizəyə həsr olunur. Bu baxımdan Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərində iştirakı yeni statusla daha da güclənəcək.

Azərbaycanın “ŞƏT tərəfdaşı” statusu əldə etməsi ölkəmizin balanslaşdırılmış xarici siyasət kursuna tam uyğun gəlir. Azərbaycanın həm Avropa İttifaqı, həm də ŞƏT kimi böyük regional təşkilatlarla əməkdaşlığı paralel inkişaf etdirməsi, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir.

Ümumilikdə Azərbaycanın ŞƏT-də “tərəfdaş” statusu qazanması ölkəmizin regional və qlobal miqyasda artan rolunun göstəricisidir. Bu addım yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından ölkəmizə mühüm töhfələr vəd edir",-deyə Aydın Hüseynov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri