Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı yay mövsümündə xam neftlə daha çox elektrik enerjisi istehsal etməyə hazırlaşır

Səudiyyə Ərəbistanı yay mövsümündə xam neftlə daha çox elektrik enerjisi istehsal etməyə hazırlaşır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının OPEC+ çərçivəsində tədarük nəzarətlərini yumşaltması və mazutun bahalaşmasından sonra Krallığın hasilatı artırması fonunda bu yay mövsümündə elektrik enerjisi istehsal etmək üçün ötən yaya nisbətən daha çox xam neft yandıracağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, “Wood Mackenzie” şirkəti Səudiyyə Ərəbistanının bu il elektrik enerjisi istehsalı üçün gündəlik 465-470 min barel xam neft istehlak edəcəyini gözləyir. Bu, 2024-cü illə müqayisədə gündəlik 10-15 min barel çoxdur.

Yaxın Şərqdə xam neft və yüksək kükürdlü mazut (HSFO) adətən kondisionerə tələbatın artdığı iyun və avqust ayları arasında elektrik enerjisi istehsal etmək üçün yandırılır.

OPEC+ alyansının hasilatı artırmaq qərarı tədarük artımı ilə bağlı narahatlıqlara səbəb olub. Analitiklər bu il neftin qiyməti ilə bağlı proqnozlarını azaltsalar da, neft emalı müəssisələrinin Dubay xam neftindən yüksək kükürdlü mazut hasil etmək hesabına əldə etdikləri mənfəət bir barel üçün 4,45 dollara çatıb.

“Wood Mackenzie” şirkətinin qısamüddətli neft emalı və neft tədqiqatları üzrə baş analitiki Priti Mehta deyib: “Xam neft qiymətlərinin aşağı olması və HSFO-nun elektrik enerjisi istehsalında artan payı tələbi mazutdan xam neftin yanmasına doğru bir qədər dəyişəcək”.

OPEC-in məlumatına görə, Səudiyyə Ərəbistanının iyun ayı üçün neft hasilatı kvotası apreldə gündəlik 9,034 milyon bareldən 9,367 milyon barelə qədər artıb.

Səudiyyə Ərəbistanı elektrik enerjisini ən çox təbii qazdan, sonra isə neftdən istehsal edir və bərpaolunan enerjinin minimal payına malikdir.

Bununla belə, ölkə bərpaolunan enerji layihələri həyata keçirir və qaz şəbəkəsini, “Jafurah” qaz yatağında hasilatı genişləndirmək üçün müqavilələr imzalayıb.

Priti Mehta əlavə edib: “2025-ci ildə maye yanacağın yanmasının daha da artması təxminən 6 giqavatlıq bərpaolunan elektrik stansiyalarının işə salınması və ilin sonunda “Jafurah” şist qaz yatağında hasilatın başlanması ilə məhdudlaşacaq”.

“Rystad Energy” Səudiyyə Ərəbistanının xam neft istehlakını azaldacağı və 2030-cu ilə qədər enerji istehsalı üçün daha çox maye qazdan istifadə edəcəyi qənaətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri