Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanından olan qonaq: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi AZƏRTAC

Səudiyyə Ərəbistanından olan qonaq: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Şuşa, 3 dekabr, AZƏRTAC

"Şuşanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən 2024-cü ilin "Gənclər Paytaxtı" elan edilməsini yüksək qiymətləndirirəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İdman Nazirliyinin Beynəlxalq Tərəfdaşlıq Direktoru Mazen Alsaadi "Gənclər Paytaxtı"nın bağlanış mərasimi öncəsi təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib: "Şuşanın İƏT-in "Gənclər Paytaxtı" seçilməsi Azərbaycanda mədəni irsin qorunmasının bariz nümunəsidir. Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi".

Mazen Alsaadi bu cür tədbirlərin müxtəlif ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində böyük rol oynadığını vurğulayıb. O, gələcəkdə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.

Qonağın sözlərinə görə, Şuşanın "Gənclər Paytaxtı" seçilməsi həm Azərbaycanın, həm də İslam dünyasının mədəni irsinin təbliği və gənclərin bir araya gəlməsi üçün əlamətdar hadisə kimi yadda qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see335

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see247

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see213

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see167

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see147

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see120

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see115

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri