Səudiyyədə krala qarşı fəaliyyət başladı: Tələblər nədir? KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın administrasiyasına qarşı yeni müxalifət hərəkatı formalaşıb. Özlərini “Azad Maskalı Hərəkat” adlandıran və üzlərini gizlədən qrup şahzadənin siyasətini sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, qrupun sözçüsü olduğunu bildirən “Kassab” ləqəbli şəxs sosial media üzərindən yaydığı açıqlamada hərbi və mülki aksiyaların keçiriləcəyini bəyan edib.
Hərəkat nümayəndələri ifadə azadlığının məhdudlaşdırılması, İsraillə normallaşma addımları, dünyəviləşmə siyasəti və ölkədəki iqtisadi çətinlikləri əsas gətirərək vətəndaşları itaətsizliyə çağırıblar.
Qrupun konkret fəaliyyət planı və arxasında hansı güclərin dayandığı hələlik məlum deyil. Lakin bu açıqlama Səudiyyə Ərəbistanında daxili narazılıqların artdığını və şahzadə Salmanın islahatlarının cəmiyyətdə birmənalı qarşılanmadığını göstərir.
Rəsmi Ər-Riyaddan isə hələlik məsələ ilə bağlı heç bir şərh verilməyib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 May 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















