Bişkekdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 may, AZƏRTAC
Türkdilli Ölkələrin Siyasətini Dəstəkləmə Fondu Bişkekdə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə sərgi təşkil edib, tanınmış Azərbaycan xadimləri haqqında kitablar təqdim olunub. Nəşrlər qırğız və digər dillərə tərcümə olunub.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, sərginin açılışında çıxış edən Bişkek şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülsayra Dandıbayeva Azərbaycan xalqını müstəqilliyin 107-ci ildönümü münasibətilə təbrik edib.
Qırğız yazıçısı, Atatürk mükafatı laureatı Temirbek Toqtoqaziyev vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli irsi, eləcə də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair materiallardan bəhs edən kitablar qırğız oxucularının Azərbaycan tarixini öyrənməsində mühüm rol oynayacaq.
“28 May – Müstəqillik Günü” adlı sərgidə təqdim olunan kitablar kitabxanaya hədiyyə olunaraq oxucuların istifadəsinə verilib.
Kitabların qırğız dilinə tərcüməsini M. Asanaliyev, B. Çoturova və A. İsmayılov həyata keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















