Icma.az
close
up
RU
Türkiyə Ermənistan üçün sərhədi niyə açdı? Türk general oyunu izah etdi

Türkiyə Ermənistan üçün sərhədi niyə açdı? Türk general oyunu izah etdi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Xatırladaq ki, sözügedən sərhəd keçidi sonuncu dəfə 2023-cü il fevralın 11-dən 17-dək açılıb. Səbəb isə zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək olub.

Mövzu ilə bağlı Globalinfo.az ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauzdan açıqlama alıb.

O bildirib ki, Ermənistan baş nazirinin uzun müddətdir yürütdüyü siyasətin əsas məqsədi Türkiyə ilə münasibətlərini Azərbaycanla Ermənistan arasındakı problemlərdən ayırmaqdır:

“Hazırda onlar Türkiyə ilə bağlı məsələnin ayrı, Azərbaycanla Ermənistan arasındakı məsələnin ayrı bir məsələ olduğu təəssüratı yaradırlar. Türkiyənin xüsusi nümayəndələri ilə keçirilən görüşləri və ya müxtəlif platformalarda baş verən hadisələri, Türkiyənin media sahəsindəki fəaliyyətini ön plana çıxarmaqla həm də nifaq toxumunu əkməyə çalışırlar. Təxminən 20 gün əvvəl Avropada illik toplantıda iştirak edən Türkiyə və Ermənistan nümayəndə heyətlərinin görüşünə böyük bir görüş donu geyindirərək ictimaiyyətə təqdim etdilər. Daha öncə isə sərhəddə belə bir görüş təşkil etməyə çalışdılar.

Bildiyiniz kimi, Türkiyədən olan bəzi media mənsubları üçün Ermənistana press-tur təşkil edib müxtəlif yerləri gəzdiriblər. Nikol Paşinyan onlara müsahibə verib. Bununla özlərini məsələnin sülh yolu ilə həllini istəyən dövlət kimi göstərməyə çalışırlar.

Nəhayət, Suriyaya yardımlar çərçivəsində göstərilən humanist addımı sanki Türkiyə ilə Ermənistan arasında normallaşma kimi mətbuata təqdim etdilər. Bununla bağlı ABŞ-ın Qafqazdakı nümayəndəsinin dəstəkləyici açıqlama verməsini də təşkil etdilər. Bunlar Ermənistanın həyata keçirdiyi tədbirlərdir. Bu fəaliyyətlər, əvvəl də qeyd etdiyim kimi, Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq məqsədi ilə müəyyən bir plana uyğun şəkildə həyata keçirilir”.

Y.Karauz qeyd edib ki, Ermənistan konstitusiyasına görə Türkiyə ilə problemlər yaşayır:

Yücel Karauz

“Qondarma “soyqırım”la bağlı bəzi problemlər, eyni zamanda ərazi iddiaları var. Həmçinin Ermənistanın dövlət gerbində Ağrı dağını göstərən simvollar var. İlk növbədə Türkiyə ilə Ermənistan arasında bunlar həll olunmalıdır. Ermənistan atəşkəs sazişinə riayət etməlidir. Ermənistan öz maraqlarına uyğun şəkildə onu pozur və bu mənada Azərbaycanı tələyə salmağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişin tələblərini yerinə yetirməlidir. Ermənistan bir an öncə Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Sülh müqaviləsi imzalanana qədər, həm Azərbaycana, həm də Türkiyəyə qarşı iddialarından əl çəkməyənə və konstitusiyasında dəyişiklik etməyənə, qondarma “erməni soyqırımı” iddialarından geri durmayana qədər Türkiyə sərhədlərini açmamalıdır”.

Ehtiyatda olan generalın sözlərinə görə, bu prizmadan baxsaq, Ermənistan tərəfi qurduğu oyunda bu dəfə humanitar məsələdən sui-istifadə edib:

“Bu mənada Suriyaya yardım göndərilməsi ilə bağlı Türkiyədən sərhəd-keçid məntəqəsinin açılmasını istəyib. Ona görə də bu tələb humanitar yardım fəaliyyəti kimi və Suriyanın yeni administrasiyası xalqın yalnız yardımlar hesabına ayaqda qaldığını bəyan etdiyi üçün, beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq qəbul edildi. Ermənistan rəhbərliyi bu məqsədlə yardım maşınları göndərmək istədiyini bəyan edib. Türkiyə yalnız bu məqsədlə məhdud sayda yük maşınının keçməsinə icazə verib. Bu, müvəqqəti icazələr normallaşma addımı deyil. Və bunu Azərbaycan xalqı da belə bilsin. Türkiyənin normallaşma istiqamətində danışıqları Azərbaycanın Ermənistanla normallaşma prosesi ilə uzlaşır. Bu məsələlər Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə son səfəri zamanı ətraflı müzakirə olunub. Ona görə də bu humanitar yardıma qapının açılması müstəsna xarakter daşıyır. Mövcud vəziyyətlə bağlı prosesə təsir edəcək bir məsələ deyil”.

Y.Karauz bildirib ki, Türkiyə keçmişdə də xarici siyasətində – Fransanın NATO-nun hərbi qanadına geri dönməsi, Yunanıstanın bu təşkilata qayıtması, yaxud da ermənilərin digər bu cür təşəbbüsü kimi humanist addımlar atıb:

“Bu təcrübəyə əsaslanaraq Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Zəngəzur dəhlizi açılmadan, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxmadan, eyni zamanda Paşinyanın da etiraf etdiyi kimi, 1944-cü ilə qədər olmayan və sonradan başqa dövlətlərin dəstəyi ilə irəli sürülən qondarma “soyqırım” iddialarından əl çəkmədən Türkiyə ilə sərhədlər açılmamalıdır. Türkiyənin Ermənistandan açılan qapıdan bir mənfəəti, karı yoxdur. 2023-cü ildə zəlzələ zamanı yardım karvanının Türkiyə sərhədindən keçməsinə icazə verdik. Türkiyənin Ermənistandan gələn yardıma da ehtiyacı yoxdur. Lakin bu, humanitar yardım adı altında müraciət edən bir dövləti incitməmək və normallaşmaya dəyər verdiyini göstərmək üçün edilən müvəqqəti, müstəsna bir addımdır.

Ona görə də iki qardaş ölkədə olan insanlarımız Azərbaycanın xəbəri və koordinasiyası olmadan Türkiyənin Ermənistanla sərhədlərini yenidən açdığı təsəvvürü yaratmağa çalışanlara aldanmamalıdırlar. Türkiyə Azərbaycanın xəbəri və koordinasiyası olmadan davamlı bir addım qətiyyən atmayacaq. Bunu keçmişdə, xüsusən 2020-ci ildən sonra yaşanan proseslərdə Şuşa Bəyannaməsi ilə təsdiq etmişdir. Ermənistanın Azərbaycana qarşı təhdidləri davam etdiyi müddətdə Türkiyə Ermənistanla hansı sərhədi aça bilər ki?”

Türk general Ermənistanın bu oyununa düşməmək üçün ayıq-sayıq olmağın vacibliyini bildirib:

“Ona görə də mən xüsusilə istərdim ki, Azərbaycan xalqı Ermənistanın bu oyununu boşa çıxarsın, bu dezinformasiya qarşısında ayıq və xəbərdar olsun, bu oyunlara uymasın. Çünki bu, həssas məsələdir və yeni bir mövzu deyil. Bu mənada Ermənistan Azərbaycana və Türkiyəyə qarşı psixoloji təzyiq göstərməyə çalışır”.

Yücəl Karauz sonda vurğulayıb ki, Türkiyə ilə Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir:

“Ət dırnaqdan ayrılmaz. Ayımız, ilimiz, bayramımız birdir. Ona görə də bu məsələdə diqqətli olmalı, oyuna, tələyə düşməməliyik”.

Gülnar Salimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see265

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see144

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see116

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see116

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see115

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see113

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see113

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see112

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see111

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see109

ABŞ ordusu növbəti müharibədə dəhşətli itkilər verə bilər General səbəbləri açıqladı

07 Avqust 2025 13:20see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri