ABŞ artıq Avropa üçün təhlükədir Fransalı general
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ getdikcə gözlənilməz tərəfdaşa çevrilib və bu, Avropa ölkələrinin təhlükəsizliyini birbaşa təhdid edir.
Axar.az xəbər verir ki, bunu "Röyters"ə Fransa ordusunun baş komandanı Fabien Mandon Parisdə keçirilən təhlükəsizlik forumunda deyib.
Mandon qeyd edib ki, rəsmi Paris hərbi əməliyyatların planlaşdırılması və başlanmasında Vaşinqton tərəfindən koordinasiyanın olmamasından hiddətlənib:
"Müttəfiq olaraq qalan, lakin getdikcə gözlənilməz hala gələn və hərbi əməliyyatlara başlamaq qərarına gələndə bizə xəbər verə bilməyən Amerika bizi təəccübləndirdi".
Onun sözlərinə görə, belə davranış xətti təhlükəsizliyə və maraqlara təsir edir.
General bildirib ki, NATO-nun əsas müttəfiqləri arasında etimad sarsılıb:
"Fransa və ABŞ onilliklər boyu yan-yana oldu, lakin İranda müharibə başlayandan sonra hər şey dəyişdi. Vaşinqton müstəqil şəkildə strateji qərarlar qəbul edir və atdığı addımlarla bağlı tərəfdaşlarına xəbərdarlıq etmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Mart 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















