Sevastopolda Rusiya hərbçisi dörd nəfəri güllələyərək öldürüb
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Rusiyanın ilhaq etdiyi Sevastopolda Rusiya Silahlı Qüvvələrinin hərbçisi əvvəlcə xidmət yoldaşlarına, daha sonra isə Xmelnitskoye kəndinin mülki sakinlərinə atəş açıb. Nəticədə dörd nəfər həlak olub. Oxuməni az xəbər verir ki, Bu barədə avqustun 4-ü səhər saatlarında sosial şəbəkələrdə Rusiya tərəfindən təyin olunmuş region rəhbəri Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, şəxsiyyəti açıqlanmayan hərbçi əvvəlcə bir xidmət yoldaşını güllələyərək öldürüb, digərini isə yaralayıb. Daha sonra o, üç mülki sakini – 71 və 59 yaşlı iki kişini, həmçinin 64 yaşlı qadını öldürüb. Bundan əlavə, daha üç nəfər yaralanıb. Razvojayev bildirib ki, hərbçi saxlanılıb və ictimaiyyəti "şayiələr yaymamağa" çağırıb.
"Agentstvo" nəşrinin araşdırmasına görə, söhbət Saratov vilayətindən olan 21 yaşlı Maksim Alistratovdan gedə bilər. Sızdırılmış məlumatlara əsasən, o, vaxtilə mağazadan 1500 rubl dəyərində oğurluq etdiyinə görə məhkum olunub. 2025-ci ilin dekabr ayına olan məlumata görə, Alistratov işsiz hesab olunurdu.
Hərbçinin adı rəsmi şəkildə açıqlanmayıb, onun hərəkətlərinin motivləri barədə də hələlik məlumat verilməyib.
Hadisə yerində əməliyyat xidmətləri fəaliyyət göstərir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 04 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















