Icma.az
close
up
RU
Sevgi mesajı üstündə dava: 17 yaşlı oğlan həmkəndlisini yaraladı

Sevgi mesajı üstündə dava: 17 yaşlı oğlan həmkəndlisini yaraladı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tərtər rayonunda 2007-ci il təvəllüdlü Məhərrəm həmkəndlisi Vüqara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 13-də rayonun kəndlərindən birində baş verib. Məhərrəm həmin gün saat 23 radələrində kənd ərazisində həmkəndlisi Vüqarın onun bibisi qızına mobil telefon vasitəsi ilə sevgi mesajı yazması səbəbindən onunla aralarında mübahisə yaranıb. 
Yaranmış mübahisə zamanı o, əlində olan ağacla zərərçəkmiş şəxsin sağ ayaq nahiyəsinə qəsdən bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tərtər rayonun kəndində nənəsi ilə birlikdə yaşayır: “Vüqar ilə həmkəndliyəm. Onunla heç bir ədavətim olmayıb. O, Bakı şəhərində yaşayan bibim qızı Xalidəyə mesaj yazaraq onu narahat edib. Bununla bağlı Xalidə mənə mesaj yazaraq Vüqarın ona mesaj yazdığını, onu narahat etdiyini, həmin şəxsin mobil nömrəsini bloka atsa da, o, başqa nömrələrlə yenə zəng edib, mesaj yazdığını bildirdi. Buna görə də təqribən 2024-cü ilin may ayında Vüqara zəng etdim, onu görüşə çağırdım. Bununla bağlı iradımı bildirdim və bir daha bibim qızına mesaj yazmamasını istədim. Söhbət zamanı Vüqar bir daha bibim qızına mesajyazmayacağına dair söz verdi. Ona inandım, həmin vaxtı yanından uzaqlaşaraq getdim. Həmin vaxt aramızda heç bir mübahisə olmadı”. 
Təqsirləndirilən şəxs bildirib ki, avqustun 13-də bibisi qızı Xalidə ona zəng edib və Vüqarın ayrı-ayrı nömrələrdən zəng edərək onu narahat etməsi barədə məlumat verib: “Bu səbəbdən həmin gün saat 17 radələrində Vüqara zəng etdim. Lakin o zəngə cavab vermədi. Həmin gün axşam saat 21 radələrində Vüqar özü mənə zəng etdi. Onunla telefon danışığım zamanı görüşmək istədiyimi bildirdim. Qonşum və həmkəndlim Yavərlə birlikdə Vüqarla görüşməyə getdim. Qonşumu həmin yerə aparmaq məqsədim hər hansı bir xoşa gəlməz hadisə baş verməsinin qarşısını almaq olub. Yaşadığım kəndin ərazisində həmin günü, qaranlıq vaxtı, yəni saat 23 radələrində Vüqarla görüşdüm. Yenə ona iradımı bildirdim, nə üçün yenidən bibim qızına zəng edərək onu narahat etdiyini soruşdum. Vüqar əvvəlcə etiraf etməsə də, sonradan bibim qızına zəng etdiyini etiraf etdi. Buna görə də ona “bir daha bibim qızını narahat etmə, lazım olsa məndə sənin bibin qızının nömrəsini alaram” deyə söz dedim. Bunu deyərkən biri-birimizin yaxasından tutduq. Aramızda mübahisə baş verdi. Mübahisə zamanı Vüqarı biraz qabağa itələdim. Əlimdə olan ağacla onun sağ ayağına vurdum. Vüqar aldığı zərbədən yerə yıxıldı. O, yerə yıxıldıqdan sonra Yavər bizi sakitləşdirdi. Oradan yaşadığım evə getdim. Ağacı isə xatırlamadığım yerə atdım”. 
Təqsirləndirilən şəxs bildirib ki, hadisə gününün səhəri zərərçəkmiş şəxsin sağ ayağından sınıq xəsarəti alması və onun barəsində şikayət etməsi barədə məlumat alıb: “Mübahisəmiz təqribən 5-6 dəqiqə davam etdi. Ancaq ətrafa zərər dəyməyib. Hadisə zamanı orada Yavərdən başqa heç kim olmayıb. Hadisə yerinə heç kim toplaşmayıb. Hazırda əməlimdən səmimi peşman olmuşam. Baş vermiş hadisədə aldığı xəsarətə görə müalicə olunması üçün zərərçəkən şəxsə 5500 manat maddi köməklik etmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüqarın sözlərinə görə, təqsirləndirilən şəxslə heç bir ədavəti olmayıb: “Məlum hadisə günü gecə saat 23 radələrində Məhərrəm mənə zəng etdi və küçədə görüşmək istədiyini bildirdi. Onunla görüşmək üçün həmin yerə getdim. Deyilən yerə çatdıqda Məhərrəmin yanında Yavər adında şəxsin olduğunu gördüm. Söhbət zamanı Məhərrəm mənə nə üçün bibisi qızını istədiyimi və bibisi qızına mesaj yazdığımı bildirdi. Ona bibisi qızını istədiyimi etiraf etdim. Həmçinin bibisi qızının da məni istədiyini dedim. Məhərrəm isə yalan danışdığımı, mənim bibisi qızını ciddi istəmədiyimi dedi. Bu vaxt onunla aramızda sözlü mübahisə daha da yüksəldi. Məhərrəmin üzərimə gələn zaman Yavər dava etməməyimiz üçün məni kənara çəkdi. Bu zaman təqsirləndirilən şəxs əlində olan ağacla sağ ayağımdan bir dəfə vuraraq mənə xəsarət yetirdi. Zərbənin təsirindən yerə yıxıldım. Sonra Məhərrəm oradan getdi. Yavər isə mənə yaşadığım evə gələnə kimi köməklik göstərdi. Hadisə zamanı ondan başqa heç kim orada olmayıb. Yavər mənə xəsarət yetirməyib”. 
Bu cinayət işinə Tərtər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhərrəmin barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 
Təqsirləndirilən şəxsin üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Ona cəzaçəkmə müddətində Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməməsi tapşırılıb. 
Bu müddətdə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Həmçinin təqsirləndirilən şəxsin kütləvi və digər tədbirlər təşkil etməsi, belə tədbirlərdə iştirak etməsi qadağan olunub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri