Icma.az
close
up
RU
Sevgini və münasibətləri necə xilas etmək olar? Hər şeyi dəyişən tək bir bacarıq

Sevgini və münasibətləri necə xilas etmək olar? Hər şeyi dəyişən tək bir bacarıq

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Amerikalı psixoloq Mark Trevers münasibətləri kökündən dəyişə biləcək, lakin çox zaman diqqətdən kənarda qalan bir bacarığı açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun "Forbes" jurnalında dərc edilmiş məqaləsində bu bacarıq "emosional suverenlik" adlandırılır.

Psixoloq bildirir ki, bu bacarıq ilk baxışdan diqqət çəkmir, amma bir cütlük onu tətbiq etməyə başladıqda münasibətlərdə hər şey dəyişir - mübahisələrin forması, emosional yaxınlıq və birgə təhlükəsizlik hissi tamamilə yenilənir.

Emosional suverenlik nədir?

Treversin izahına görə, emosional suverenlik - insanın öz emosiyalarını aydınlıq və sabitliklə yaşama qabiliyyətidir. Bu, hisslərdən qaçmamaq, onları basdırmamaq və ya onların içində itib-batmaq deyil, əksinə, tam şüurlu şəkildə onları hiss etmək deməkdir.

"Münasibətlərdə bu bacarıq belə təzahür edir: Öz emosional mərkəzini qoruyursan, əhvalını, tətikləyiciləri və ya özünüqiymətləndirməni partnyoruna yükləmirsən. Daxili inamla "səni günahlandırmadan hiss edə bilərəm", "narahatlıq yaşayıram, amma səndən onu aradan qaldırmağını tələb etmirəm", "səni dərindən sevirəm, amma özümü itirmirəm" deyə bilirsən. Qısası, bu, insanın öz emosional vəziyyətinə görə məsuliyyət daşımasıdır", deyə psixoloq vurğulayır.

Bu bacarığın münasibətlərə təsiri

Psixoloq qeyd edir ki, bir cütlük bu bacarığı tətbiq etməyə başladıqda:

* Mübahisələr daha az partlayıcı xarakter alır

* Münasibətlərdə dürüstlük artır

* Dəstək vermək bir məcburiyyət deyil, seçimə çevrilir

Treversin fikrincə, emosional suverenlik münasibətləri daha təhlükəsiz bir inkişaf mühitinə çevirir:

"Hər iki tərəf öz hisslərinə görə məsuliyyət daşımağa başlayanda, bağ daha güclü olur. Artıq heç kim emosional ‘minalı sahədə’ gəzmək məcburiyyətində qalmır. Nə partnyor, nə də sən".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri