Icma.az
close
up
RU
Şəxsi istəklə qeysəriyyə edilməməlidir

Şəxsi istəklə qeysəriyyə edilməməlidir

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Qeysəriyyə kəsiyinə biz tibbi dildə "göstəriş" deyirik. Əgər doğuş mümkün deyilsə, yəni uşağın ananın qarnından təbii yolla çıxması mümkün deyilsə, yaxud doğuşun gedişində ana və ya uşaq üçün risklər varsa, belə halda qeysəriyyə edilir". Bu sözləri SİA-ya açıqlamasında Mama-Ginekoloq Uzman dr. Rəşad Sultan deyib.

O bildirib ki, hər əməliyyata göstərişlərdə olduğu kimi qeysəriyyəyə göstərişlər də mütləq və nisbi olur: "Mütləq göstəriş o deməkdir ki, belə halda mütləq qeysəriyyə olmalıdır, başqa çarə yoxdur. Nisbi göstəriş odur ki, şəraitdən asılı olaraq normal doğuş da mümkündür.

Qeysəriyyədə mütləq göstərişlərin sayı çox azdır. Uşaq köndələn durubsa, yaxud cift vaxtından əvvəl ayrılıbsa, qanaxma varsa, cift doğuş yolunun ağzını tam tutubsa, bunlar mütləq göstərişdir. Yerdə qalan göstərişlər hamısı nisbidir. Uşaq tərsinə durubsa, uşağın çəkisi çox böyükdür, ciftin bir kənarı doğuş yolunu tutubsa, daha əvvəl qeysəriyyə ilə uşaq dünyaya gəlibsə, uşağın oksigen almasında problemlər varsa, belə hallarda biz qeysəriyyəyə əl atırıq.

Qeysəriyyəyə göstərişlər iki qrupa bölünür. Öncədən dediklərimiz, bir də doğuş əsnasında meydana çıxanlar. Gözləyirik, doğuş irəliləmir, o zaman qeysəriyyəyə götürürük. Yaxud da, uşağın ürək döyüntülərində pozulma olur.

Yaxın problemlər odur ki, xəstə xəstəxanada daha çox yatır, ağrıları olur, ayağa gec qalxır, qanın laxtasının böyük damarları tutması daha çox olur. Qızdırma və infeksiya ehtimalı daha çox olur. Bunlar qeysəriyyənin çatışmayan cəhətləridir. Doğuşda isə uşaq təbii yolla çıxır deyə qadın heç nə olmamış kimi bir neçə saat sonra ayağa qalxıb gəzə bilir, tez reabilitasiya olur. Bunlar doğuşun üstünlükləridir".

"Dünyada da hələ mübahisə mövzusudur ki, qorxuya görə, psixoloji səbəbdən qadın qeysəriyyə olsun, yoxsa yox. Məncə, bir insan istəmirsə, güclə dogurtmaq doğru deyil. Yaxud da, psixoloqun qoyduğu diaqnozla qeysəriyyəyə icazə verilməlidir. Amma bu mənim şəxsi fikrimdir. Dünyadakı səhiyyə sisteminin bu günkü fikri belədir ki, şəxsi istəklə qeysəriyyə edilməməlidir. Ancaq tibbi göstərişlərlə edilməlidir. Bizim ölkəmizin də qanunları belə tələb edir, dünyada da yanaşma belədir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri