Təhsil sistemindəki vəzifəlilərin qərarları qanunla yox, şəxsi istəklə ölçülür Kamran Əsədov
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təhsildə məsuliyyət – yalnız dərs deməklə bitmir. Bu, həm də qanunlara, etikaya, vətəndaş hüquqlarına hörmətlə yanaşmaq deməkdir".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk səhifəsində yazıb.
O, təəssüflə bildirib ki, bəzi şəxslər təhsil sistemində vəzifə tutan kimi özlərini qanunlardan üstün görməyə başlayırlar.
"Sanki onların qərarları qanunla yox, şəxsi istəklə ölçülür.
Bu, təkcə idarəçilik problemi deyil. Bu, təhsilin mahiyyətini zədələyən, gənc nəslə verilən mesajı korlayan, cəmiyyətin ədalət hissini sarsıdan təhlükəli bir tendensiyadır. Qanunun tətbiqi fərdlərin kimliyinə görə dəyişirsə, orada hüquqdan yox, özbaşınalıqdan danışmaq olar.
Vəzifədə olanlar unutmamalıdır: təhsil sahəsi cəzasızlıq arenası deyil. Bu sahədəki hər bir qərar yüzlərlə, minlərlə insanın taleyinə toxunur. Məsuliyyətsizlik – gec-tez inamsızlıq, ədalətsizlik və sosial parçalanma ilə nəticələnir. Cəmiyyət isə bunu artıq qəbul etmir. Susmur. Baxışlar dəyişir. Cavab tələb olunur. Hesabat tələb olunur.
Əgər təhsil gələcəyin əsasını qoyursa, o zaman bu əsaslar hüquq, vicdan və məsuliyyət üzərində qurulmalıdır. Başqa yol yoxdur", - deyə o fikrini yekinlaşdırıb.
T.İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















