Icma.az
close
up
RU
Seyfəddin Hüseynli: Rusiyada həbsdə olan qardaşım Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib

Seyfəddin Hüseynli: Rusiyada həbsdə olan qardaşım Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada həbsdə olan Bakir Səfərova zəruri dərman ötürülməsinə icazə verilib.

Bunu APA-ya açıqlamasında Bakir Səfərovun qardaşı Seyfəddin Hüseynli bildirib.

“Qardaşım Bakir Səfərovun 62 yaşı var. O, hipertoniya xəstəsidir. Yəni, yüksək təzyiqi var. Onun dərmanları vaxtı-vaxtında verilməli, pəhrizi düzgün saxlanılmalıdır. Düzdür, indi ona dərman ötürülməsinə icazə verilir. Amma ilk vaxtlarda həkim müayinəsi də edilməmişdi. Azərbaycan dövlətinin müvafiq təsiri ilə bu məsələ həllini tapdı”, - o deyib.

S.Hüseynli qeyd edib ki, onda olan məlumata görə, Səfərovların işi üzrə istintaq indi tamamən Moskvanın nəzarətindədir:

“Qardaşımla bağlı artıq şəxsi xətlə ala biləcəyim heç bir məlumat yoxdur. Nə məlumat varsa, rəsmi kanalla yayılır. Mənim bildiyimə görə, istintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb. Digər saxlanılanlarla bağlı da məlumatsızam. Ümidvaram ki, qardaşım Bakir Səfərovla əlaqədar məsələ tezliklə ədalətli həllini tapacaq".

Seyfəddin Hüseynli qardaşının pedaqoq olduğunu, hər kəsin onu ağsaqqal, nurani insan kimi tanıdığını deyib: "Buna görə də onun hansısa cinayət işində adının hallanması, bununla bağlı ittiham olunması çox ciddi haqsızlıq olar”.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçiriblər. Əslən Ağdam rayonundan olan Səfərovların əksəriyyəti əməliyyat zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməliyyat zamanı tətbiq etdikləri zorakılıq nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatlarını itiriblər. Onların daha bir qardaşı Bakir Səfərov da daxil olmaqla 7 nəfər barəsində isə Yekaterinburq məhkəməsi həbs qərarı çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri