Icma.az
close
up
RU
Seyid Əzim ingilislərin Bayronuna bərabər imiş... Firidun bəy Köçərli niyə təəssüflənirdi?

Seyid Əzim ingilislərin Bayronuna bərabər imiş... Firidun bəy Köçərli niyə təəssüflənirdi?

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az ədəbiyyatşünas alim Mətanət Vahidin sosial şəbəkə hesabında Seyid Əzim Şirvani ilə bağlı paylaşdığı fikirləri təqdim edir.

“Bu yoxsulluq və təngdəstlik, dünyada çox bəlalara səbəb olan ehtiyac şairi vadar edərdi bəzi dövlətmənd və əhli-sərvət mədhində qəsidələr inşa edib, kimisindən buğda, kimisindən düyü, bəzilərindən pul, xələt, saat və qeyri zəruri olan əşya tələb etməyə. Şairin haqqında olan bu həqarət və qədirşünassızlıq camaatımıza töhmət gətirən və onu ləkələndirən bir haldır ki, gələcək nəslin nifrət ilə bizi yad etməyinə səbəb olacaqdır.” - Bu sətirləri Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Seyid Əzim Şirvani haqqındakı oçerkdə yazırdı.
Şairin tərcümeyi-halını ilk dəfə olaraq geniş işıqlandıran, yeri gəldikcə yaşayış tərzi və səyahətləri ilə bağlı lirik parçalarından nümunələr gətirən tədqiqatçı qeyd edirdi ki, əgər yaşayış tərzi qənaətbəxş olsaydı, bu istedadlı şair yalnız əsl sənətlə məşğul olar, maddiyyat dərdinə düşüb qəsidələr yazmazdı.
Şairin həyat və yaradıcılığına dair qiymətli məlumatar verilən oçerk “Haci Seyid Şirvani nəinki yalqız Şirvan vilayətinin, bəlkə tamam Azərbaycan türklərinin əazim şüərasından biri olub” cümləsi ilə başlayır.
Ardınca müəllif Seyid Əzim kimi böyük bir sənətkarın diqqətdən kənarda qalmasından şikayətlənərək irsinin və həyatının layiqincə öyrənilməməsinə mənfi münasibətini bildirir: “Budur bizim əvvəlinci şairimizin, milli ədibimizin və mayeyi-fəxrimiz olan Seyidin əsərlərinə və yadigarlarına olan hörmət və ehtiram!.. Əgər Hacı Seyid Əzim kimi şair Avropa əhlini kənarda qoyaq, bizim qonşularımız içində vücuda gəlmiş olsaydı, onların əsərləri kərrat ilə çapdan çıxıb millətləri arasında bir dərəcədə intişar tapmışdı ki, uşaqdan böyüyə kimi cümləsi onları oxuyub əksərini əzbər bilərdilər”.
Müəllif gürcülərin öz sənətkarlarına qarşı hörmət və ehtiramının əlaməti olaraq şair İlya Çavçavadzenin dəfnindəki izdihamı nümunə gətirərək qeyd edir ki, hətta ölkənin ucqarlarından belə, deputatlar dəfndə iştirak etmək üçün təşrif gətirmiş, bütün gürcü mətbuatı mərhumun şəninə layiq məqalələrlə onu dönə-dönə yad etmişdir.
Seyid Əzim, Mirzə Fətəli və Asinin dəfnini xatırladığı zaman isə xəcalət çəkdiyini ürək ağrısı ilə qeyd edir.
Sağlığında sənətkarlara göstərilən etinasızlığın nəticəsidir ki, tədqiqatçı illərlə çalışsa da, ədiblərimiz haqqında istədiyi qədər məlumata sahib ola bilməmişdi.
Firidun bəy Köçərli Seyid Əzim Şirvaninin çox böyük istedada malik olduğunu, məclislərdə şövqə gəlib bədahətən bir-birindən gözəl şeirlər söyləməsini, şeir sənətinin bilicisi olmaqda türk şairləri arasında misli-bərabəri olmadığını xüsusilə qeyd edir: “Bu barədə Hacı Seyid Əzim rusların Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər imiş.”
O, məzmun və forma etibarilə bitkin əsərlər müəllifi olan Seyid Əzimə çox dəyər verir, şairi gah rus və dünya ədəbiyyatının, gah da milli ədəbiyyatın nümayəndələri ilə müqayisə edərək müxtəlif janrlarda yazılmış şeirlərini “Füzuli Bağdadinin kəlamına əvəz” ola biləcək əsərlər adlandırırdı...

Xalq artisti: "O, dünya musiqi xəzinəsinin bir parçasına çevrilib" Məşhur müğənninin konserti ləğv olundu Türkiyədə məşhur kanallar dövlət nəzarətinə götürüldü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see240

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see140

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see138

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see137

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see132

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see132

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see131

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see129

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see126

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see125

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri