Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Şeyx Ənvərin kəraməti Mehman Hüseynovun qısa hekayələri

Şeyx Ənvərin kəraməti Mehman Hüseynovun qısa hekayələri

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Mehman Hüseynovun qısa hekayələrini təqdim edir.

Çuxur

Şəhər həyat dolu idi. Küçələr insan seli ilə dolub-daşır, hər kəs harasa tələsirdi. Anidən yer titrədi, asfalt çatladı və beş nəfər dərin bir çuxura yuvarlandı.

Bu beş nəfər təsadüfi insanlar deyildi. Onlar fərqli dünyagörüşlərinə sahib idilər:

1. Rezonans qanunlarına inanan – hər şeyin bir enerji və tezliklə idarə olunduğuna inanırdı.
2. Morfi qanunlarına inanan – ən pis ehtimalların mütləq baş verdiyini düşünürdü.
3. Kainata mesaj göndərən – arzularını kainata göndərib nəticə gözləyən adam.
4. Dindar – hər şeyi bir sınaq, bir imtahan kimi görən adam.
5. Ateist – hər şeyin yalnız məntiqlə həll olunduğuna inanan adam.

I. Qaranlıq və şok

Çuxur o qədər dərin idi ki, heç kəs onların səsini eşitmirdi.

İlk anlar panika içində keçdi. Hər kəsin öz həqiqəti vardı və hər biri öz bildiyi kimi çıxış yolu axtarırdı.

– Biz buraya öz mənfi enerjimizlə düşmüşük! Doğru tezlikdə titrəsək, çıxacağıq! – Rezonans tərəfdarı pıçıldadı.

– Axmaq! Mən deyirdim axı, pis bir şey olacaqsa, o mütləq olacaq! Biz buradan çıxmayacağıq! – Morfi tərəfdarı əsəbi halda dedi.

– Bəlkə də kainat bizi sınayır. Qurban verib mesaj göndərsək, çıxarıq. – kainata mesaj göndərən adamın gözləri qəribə parıldadı.

Dindar dua etdi.

Ateist isə daş parçaları ilə divarların sərtliyini yoxlayırdı.

Lakin heç kəs çıxış yolu tapa bilmədi.

II. Aclıq və gerçəklər

Günlər keçdi. Onlar nə vaxtsa tapılacaqlarına inanırdılar.

İlk üç gün yeməksiz və susuz dözdülər. Dördüncü gündə artıq danışmağa halları qalmamışdı. Beşinci gün isə… instinktlər hər şeydən üstün gəldi.

Morfi qanunlarına inanan adam ən zəif idi. O, elə ilk gündən burada öləcəyinə inanmışdı. Və beləcə, ölən də o oldu.

Qalan dörd nəfər bir-birinin üzünə baxdı. Hər biri bilirdi ki, yaşamaq üçün bir qərar verməlidirlər.

III. Səs-sizlik

– İndi nə edəcəyik? – kainata mesaj göndərən adam pıçıltıyla soruşdu.

Ateist gözlərini yumdu. Dindar başını aşağı saldı. Rezonans tərəfdarı isə artıq heç nə demirdi.

Onlar yemək tapmışdılar. Amma bu, insan idi.

Hər kəs öz içində çökdü. Hər şey yuxarıda qalan insanların düşündüyü qədər sadə deyildi. İnsan təbiəti qaranlıq idi.

IV. Xilas

Onlar nə qədər zaman orada qaldılar? Bunu heç kəs bilmədi.

Lakin bir gün, yuxarıdan işıq gəldi. Kimsə onları tapmışdı. Kimsə ip salladı. Xilas oldular.

Dörd nəfər çuxurdan çıxdı. Amma onların içindəki qaranlıq, çuxurun dərinliyində qalmadı.

– Burada beş nəfər idiniz. Digəri hanı? – xilas edənlər soruşdu.

Heç kim cavab vermədi.

Baxışlarını yerə dikdilər. Hər biri fərqli inanca sahib idi, amma hamısı bir həqiqəti dərk etmişdi:

İnsan harada başlayır, harada bitir? İnsan nə zaman heyvana çevrilir?

Çuxurdan çıxdılar. Amma çuxur onların içində qaldı.

Və həyat davam etdi.

Şeyx Ənvərin Kəraməti

Ənvər rayon xəstəxanasında işləyən təcrübəli həkim idi. İnsanları sağaltmaq üçün əlindən gələni edirdi, amma qarşılaşdığı cahillik onu bezdirirdi. Xəstələrə yazdığı dərmanları almaq əvəzinə, mollaların yazdığı dualara ümid edirdilər. Hətta elələri var idi ki, aptekə getmək əvəzinə, evdə oxunmuş su içməklə xəstəlikdən qurtulacaqlarını düşünürdülər. Ənvər dəfələrlə insanlara başa salmağa çalışmışdı ki, müalicənin yolu elm və tibbdən keçir, amma heç nə dəyişmirdi.

Bir gün xəstəxanada bir qadın ona yaxınlaşıb dedi:

— Ay həkim, dərmanları almışam, amma içmirəm. Şeyx Qurban deyib ki, sənin yazdıqların kimyəvi şeylərdir, ruhumu zəhərləyər. Əvəzində o mənə bir dua yazıb, onu qaynadıb içirəm. Yaxşı da oluram!

Bu sözləri eşidəndə Ənvərin içindən qəhər keçdi. Qadının aldığı dərmanları atıb, mollanın kağızına ümid etməsi ona gülməli və eyni zamanda acınacaqlı gəldi. Amma sonra fikrə getdi… “Molla yazır, insanlar inanır. Bəs mən yazsam?”

O gecə yuxuda özünü nur içində gördü. Bir səs ona dedi:

— Ey Ənvər! Sənə böyük kəramət verildi. Əllərin şəfalıdır. İnsanları xilas et!

Səhər oyananda gülümsədi. “Deməli, şeyx oldum!”

Erkən durub rayon mərkəzinə getdi. Aptekdən ucuz ağrıkəsicilər, təzyiq dərmanları, vitaminlər aldı. Sonra evə gəlib planını işə saldı. Bir kasaya qaynar su tökdü, dərmanları suya qarışdırdı. Sonra içərisinə boş bir kağız atdı. Gözlədikdən sonra kağızı sudan çıxartdı və ərəbcə nə gəldi yazdı. Həmin kağız artıq “müqəddəs” idi!

İlk xəstəsi qonşu qadın oldu. O, başının ağrısından şikayətlənirdi. Ənvər ona kağızı verib dedi:

— Bu, mənə vergi ilə gələn bir duadır. Qaynadıb suyunu iç. Başın bir daha heç vaxt ağrımayacaq.

Qadın kağızı qaynadıb içdi və möcüzə baş verdi! Baş ağrısı keçdi! Əslində isə ağrıkəsici dərman artıq suya hopmuşdu.

Bu xəbər ildırım sürəti ilə yayıldı. Hamı Ənvərə “Şeyx Ənvər” deməyə başladı. Kənddə, rayonda bir nömrəli şəfa sahibi oldu. İnsanlar ona axışdı. O isə aptekdən 10 qəpiyə aldığı dərmanları “dualı kağız” kimi 10 manata satırdı. İşlər o qədər böyüdü ki, hətta paytaxtdan belə adamlar gəlməyə başladı.

Günlərin birində kəndin hörmətli mollası Şeyx Ənvərlə görüşə gəldi.

— A bala, sənə vergi verildiyinə inanıram, amma bu qədər insanı sağaltmaq üçün yuxarıdan icazə almalısan!

Ənvər təbəssüm edib cavab verdi:

— Şeyx, mən sənin icazəni çoxdan almışam!

İndi kənddə kimin təzyiqi qalxsa, başı ağrısa, hətta öskürsə belə, ilk işləri “Şeyx Ənvər”in dualarını almaq olurdu. O isə xəstələri həm sağaldır, həm də əməlli-başlı varlanırdı. Elm və mövhumatın ən unikal sintezi idi.

Ağadadaş Ağayev məhkəmə prosesində niyə iştirak etməyib? Məşhur aktyor vəfat etdi Bakirə olmadığına görə özünü güllələyən gəlin
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri