Icma.az
close
up
RU
İcra başçısının “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası...

İcra başçısının “vunderkind” oğlu: Ənvərin lüks avtomobil kolleksiyası...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bir vaxtlar məşhur olan “məmurların harınlamış övladları” seriyası sonradan yoxa çıxdı. Bunun səbəblərindən biri dövlətin məsələyə lazımi müdaxiləsi, belə məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılmasıdırsa, digər səbəbi də bir çoxlarının “gizlənməsi”, qınına çəkilərək, yenə eyni harınlığı davam etdirməsidir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.
Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir. Məlumatlara görə, icra başçısının oğlu Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi olması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır. Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var. 
Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra "Fəxri fərman"la təltif olunmasına görə də mediada gündəmə gəlmişdi. O zaman hər kəsi bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?! Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qzilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s. 

Ümumiyyətlə bir sual açıq qalır: “fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?
Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.
Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. “Euro Style” multibrend texniki servis mərkəzi - müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir. 
“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.
“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.



Onun tikdirdiyi binaların və sahibi olduğu şirkətlərin siyahısı açıq mənbələrdə də yayılıb.
“Bakıxanov Rezidens A”,
“Bakıxanov Rezidens B”,
“Bakıxanov Rezidens 1”,
“Bakıxanov Rezidens 2”,
“Bakıxanov Rezidens 3”,
“Fireland”,
“Fireland 2”,
“Ramana Rezidens”,
“Ramana Rezidens 1”,
“Brillians Rezidens”,

Yen yaşayış binaları layihələri:
“Bakıxanov Zəfər 1”,
“Koroğlu Rezidens”

Şirkətlər:
“Əfəndilər Group”,
“Əfəndilər” MMC,
“Euro Style LTD.” MMC,
“Yeni Sabunçu” MTK,
“Yaşıl Construction” MTK,
“BƏRGÜŞAD-Ş” MTK,
Avtomobil təmiri mərkəzləri,
“Cafe Cayenne” (57 Üzeyir Hacıbəyov, Bakı ünvanında).

Göründüyü kimi, Ənvər Ənvərlinin biznes imperiyasında əsasını atası Adil Vəliyevin icra başçısı olduğu rayonun ərazisindəki fəaliyyət üstünlük təşkil edir. Səbəb bəllidir, Adil Vəliyev vəzifə səlahiyyətlərindəın istifadə edərək, başçılıq etdiyi rayonda oğluna geniş imkanlar yaradır. 
Adil Vəliyevin oğlunun inşa etdiyi və sakinlərə satdığı binalarda həyətyanı əraziləri və qaraj yerlərini belə qanunsuz olaraq zəbt etdiyinə dair çoxsaylı şikayətlər var. Hətta, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, Nazirliyin müraciətlərinə məhəl qoyulmayıb. Çünki Ənvər Ənvərli hesab edir ki, atası Adil Vəliyev icra başçısıdırsa, ona heç kim toxuna bilməz və istədiyi kimi qanunları tapdalaya bilər. 
Beləliklə, “Məmurların harınlanmış övladları” seriyası  Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin timsalında yenidən aktuallaşır. İcra başçısının oğlunun maşınlarının nömrələrinin sonu 078 və 222 ilə bitən lüks avtomobil kolleksiyasına sahib olması da onun dövlətin pulu hesabına əldə etdikləri lüks həyatından xəbər verir.
Vaqif Hüseynli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri