Hüseynovun komandasından darmadağın
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geydiyi “Arda” Bolqarıstan çempionatında üçüncü turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə “Botev Plovdiv”in qonağı olub.
Görüş “Arda”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 38-ci dəqiqədə fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra qol ofsayt səbəbindən hesaba alınmayıb.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Arda” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
3 turdan sonra Bolqarıstan çempionatında lider UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”dir (9 xal).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Avqust 2025 01:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















