Icma.az
close
up
RU
Şeyx Portuqaliyada BMTnin Ali nümayəndəsi ilə görüşüb

Şeyx Portuqaliyada BMTnin Ali nümayəndəsi ilə görüşüb

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün səfərdə olduğu Portuqaliyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb. SİA xəbər verir ki, Moratinos Şeyxülislam A.Paşazadənin Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycanda yenicə başa çatmış COP 29 münasibətilə səmimi təbriklərini Azərbaycan Prezidentinə yetirməyi Şeyxülislam A.Paşazadədən rica edən M.A.Moratinos BMT tədbirinə uğurlu təşkilini xüsusi qeyd edib. Bildirib ki, müxtəlif fikirlərə rəğmən, COP 29 Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə baş tutub.

Şeyxülislam A. Paşazadəni COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindənmüsbət rəylər aldığını məmnunluqla vurğuladı.Dini liderlərin Qarabağa geniş tərkibdə səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib.

M.A.Moratinos xüsusi qeyd etdi ki, hər iki qlobal tədbir Azərbaycan Lideri İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.

Şeyxülislam A. Paşazadə, öz növbəsində, M.A.Moratinosa qlobal tədbirə dəəə görə minnətdarlığını ifadə etdi. Həmçinin, BMT Baş Katibi cənab Qutterişə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirdi. M.A.Moratinos bu təşəkkürləri Şeyxülislamın X Qlobal Sammit çərçivəsində BMT Baş Katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd etdi. Cənab Moratinos Şeyxülislamın «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının olduqca mühüm əhəmiyyət daşıdığına işarə etdi. BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş erməniləri əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirildi ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.

Şeyxülislam A.Paşazadə BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qloal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və BMT Sivilizasiyalar Alyansı çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini bildirdi və cənab Moratinos bu təklifləri təqdir etdi, bəyəndiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri