Icma.az
close
up
RU
Şeyx Portuqaliyada BMTnin Ali nümayəndəsi ilə görüşüb

Şeyx Portuqaliyada BMTnin Ali nümayəndəsi ilə görüşüb

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün səfərdə olduğu Portuqaliyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb.

Modern.az xəbər verir ki, Moratinos Şeyxülislam A.Paşazadənin Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycanda yenicə başa çatmış COP 29 münasibətilə səmimi təbriklərini Azərbaycan Prezidentinə yetirməyi Şeyxülislam A.Paşazadədən rica edən M.A.Moratinos BMT tədbirinə uğurlu təşkilini xüsusi qeyd edib. Bildirib ki, müxtəlif fikirlərə rəğmən, COP 29 Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə baş tutub.

Şeyxülislam A. Paşazadəni COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindənmüsbət rəylər aldığını məmnunluqla vurğuladı.Dini liderlərin Qarabağa geniş tərkibdə  səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib.

M.A.Moratinos xüsusi qeyd etdi ki, hər iki qlobal tədbir Azərbaycan Lideri İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür. 

Şeyxülislam A. Paşazadə, öz növbəsində, M.A.Moratinosa qlobal tədbirə dəəə görə minnətdarlığını ifadə etdi. Həmçinin, BMT Baş Katibi cənab Qutterişə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirdi. M.A.Moratinos bu təşəkkürləri Şeyxülislamın X Qlobal Sammit çərçivəsində BMT Baş Katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd etdi. Cənab Moratinos Şeyxülislamın  «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının olduqca mühüm əhəmiyyət daşıdığına işarə etdi. BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş erməniləri əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirildi ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər. 

Şeyxülislam A.Paşazadə  BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qloal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və BMT Sivilizasiyalar Alyansı çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini bildirdi və cənab Moratinos bu təklifləri təqdir etdi, bəyəndiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri