Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.
Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.
Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.
O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.
Bu mövzuda digər xəbərlər:Mübariz Mənsimovun kanalı bağlandı
23 Dekabr 2025 00:05
Mübariz Mənsimovun həmtəsisçisi KONKRET
22 Dekabr 2025 19:41
Mənsimovun gəmisi vuruldu Təcili
05 Oktyabr 2026 16:40
Şeyxin səlahiyyətləri azaldıldı
22 May 2025 21:26
Vurğun Mənsimovun cinayət əməllərinin DETALLARI
20 Noyabr 2024 11:47
Baxış sayı:163
Bu xəbər 09 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















