Icma.az
close
up
RU
Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin kövrək sülh şəraitini pozan qızışdırıcı cəhdlərinə dəstək verilməməsi barədə çağırış edib

Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin kövrək sülh şəraitini pozan qızışdırıcı cəhdlərinə dəstək verilməməsi barədə çağırış edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının Baş katibi Jerry Pilleyə məktub ünvanlayıb.

AZƏRTC xəbər verir ki, məktubunda şeyxülislam Allahşükür Paşazadə Baş katib Jerry Pilleyi Azərbaycanda görmək istəyini ifadə edib.

QMİ sədri qeyd edib: “Biz Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanımışıq. Belə ki, 1993-cü il fevralın 8-də Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atılıb, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunub. Azərbaycanın dini lideri olaraq mənim ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə Montrö görüşünün nəticələrinə dair imzaladığımız, Ümumdünya Kilsələr Şurasının da təsdiqlədiyi Birgə Kommünikedə birmənalı olaraq vurğulanırdı: “Xalqlarımızı və bizi narahat edən problemləri müzakirə edərək hər şeydən əvvəl onu deməyi zəruri sayırıq ki, günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirmək yönündə bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyildir. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar”.

O xatırladıb ki, ÜKŞ-nin ovaxtkı Baş katibi Konrad Rayzerin tapşırığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti təcavüzə uğramış, etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qaçqın və məcburi köçkün olaraq didərgin salınmış azərbaycanlıların ağır vəziyyəti ilə yerindəcə - çadır şəhərciklərində tanış olub, qayıtdıqdan sonra ölkəmizə humanitar yardım göstərmək barədə qərar qəbul edib.

Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycan dünyada dinlərarası dialoq və əməkdaşlıq məkanı olaraq tanınır, qəbul edilir, dövlətimizin başçısı səviyyəsində bu prosesə hər zaman dəstək və himayə nümayiş etdirilir. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi bu proseslərdə fəal iştirak edir, dünyanın bütün nüfuzlu dini mərkəzləri ilə əməkdaşlıq müstəvisində sıx əlaqələr saxlayır.

QMİ sədri vurğulayıb ki, həqiqət gec-tez yerini alır, ədalət zəfər çalır. Dünyanın ən müxtəlif ölkələrinin təmsilçiləri, diplomatik korpus nümayəndələri, BMT, İCESCO və digər beynəlxalq təşkilatlar Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərinə səfərlər edib, törədilmiş kultursid, urbisid, ekosid cinayətlərinin nəticələrini öz gözləri ilə görüb, obyektiv qiymət veriblər. İkinci Qarabağ müharibəsindən sonra BMT tərəfindən bölgəyə səfər etmiş müşahidəçi missiyalar bu ərazidə dinc erməni əhalisinə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq ediblər. BMT nümayəndələri səfərləri zamanı erməni mədəniyyət abidələrinə, o cümlədən xristian ibadət yerlərinə də sərbəst şəkildə baxış keçirərək hər hansı zorakılıq və ya vandalizm təzahürlərini müşahidə etmədiklərini bildiriblər. Azərbaycan tərəfindən BMT missiyasına yaradılan bu şərait ölkəmizin şəffaflıqdan yayınmadığının və ortada gizlədiləsi bir vəziyyətin olmadığının bariz nümunəsidir. Bir daha xüsusi olaraq qeyd etməliyik ki, erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni mülki əhalisinə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Məktubda, həmçinin qeyd olunur: “ÜKŞ rəhbəri olaraq siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, sizin açıqlamalarınız da obyektiv və Uca Yaradana xoş gedən tərzdə ədalətli olardı. Bizi narahat edən məqam ondan ibarətdir ki, 1993-cü ildə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etmədiyini o vaxt təsdiq edən ÜKŞ-nin hazırda ermənipərəstliyi, xristian təəssübkeşliyi ilə verilən birtərəfli bəyanatları, sizin Baş katib olaraq erməni tərəfinin açıq-aydın təsiri altında verdiyiniz açıqlamalar Ümumdünya Kilsələr Şurasının sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir, onun dinlərarası əməkdaşlıq müstəvisində fəaliyyətinə kölgə salır, dinlərarası dialoq işinə sağalmaz zərbə vurur. Təəssüflə vurğulayırıq ki, ÜKŞ kimi beynəlxalq kilsə təşkilatının erməni məkri və iftiralarına istinad edən sənədlərində islamofob dəst-xətt aydın sezilir ki, bu, rəhbərlik etdiyiniz təşkilatın adına ləkə gətirir. Erməni kilsəsi qərəzli iftiraları ilə yoluxdurduqları ÜKŞ sənədlərini əldə bayraq edib bütün dünyaya, hətta beynəlxalq müsəlman təşkilatlarına yayaraq hamını anti-Azərbaycan cəbhəsində yer almağa çağırışlar edir. Biz ÜKŞ-nin adından belə sui-istifadə hallarının qarşısının ən tez bir zamanda alınmasında israr edir, Baş katib olaraq sizdən qətiyyətli mövqe nümayişi gözləyirik. Belə ki, müasir dünyada din adından siyasi məqsədlər üçün sui-istifadənin yaratdığı təhlükələrin, nifrət çağırışlarının, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların təhqir olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə dünya kilsələrini təmsil edən qurumdan Uca Yaradanın buyurduqlarına istinadən beynəlxalq müstəvidə etimad mühitini, insan qardaşlığını zədələyən halların qarşısının alınması naminə tərəfsizlik və obyektivlik tələb olunur. Məkr, qərəz və revanşizmi xristian dininin postulatları, İsa Məsihin tövsiyələri ilə ziddiyyət təşkil edən, şərəf və nüfuzu öz ölkəsində belə mübahisələndirilən, ruhani müqəddəsliyini itirməkdə olan erməni kilsə rəhbərlərinin təsirindən nə qədər tez uzaqlaşarsınızsa, ÜKŞ-nin beynəlxalq imici bir o qədər az zərər görər”.

Şeyxülislam Allahşükür Paşazadə məktubunda, həmçinin bildirib: “Cari ilin mayın 27-28-də Berndə keçirilən konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kvadrat kilomter ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir. Bu tarixi həqiqəti hətta Ermənistanın baş naziri dəfələrlə etiraf etməyə məcbur olub. Öz çıxışınızda bildirmişdiniz ki, 2023-cü ildə Laçın koridoruna yaxın ərazidə olduğunuz zaman “...fiziki yaraların, həm də öz kökündən qoparılan insanların iztirablarının şahidi” olmusunuz. Əfsuslar olsun ki, sizin binoklunuzla yaxın keçmişimizə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan tərəfindən törədilmiş soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfərin, o cümlədən 8 ailənin tamamilə məhv edilməsini, şəhər və kəndlərimizin yerlə-yeksan olunmasını, işğal edilmiş ərazilərimizdə 67 məsciddən 65-nin büsbütün dağıdılmasını, minlərlə məbədlərin, qəbiristanlıqların, tarixi abidələrin, muzeylərin, kitabxanaların talan edilməsi, məscidlərimizin tövləyə çevrilməsi, orada İslam dinində haram sayılan heyvanların saxlanılmasını Azərbaycan xalqının yaşadığı dəhşətləri və iztirabları, zəhərlənmiş çaylarımızı, qırılmış meşələrimizi, yandırılmış torpaqlarımızı, basdırılmış saysız-hesabsız minaları görmək mümkün olmayıb”.

O vurğulayıb ki, biz dini liderlərin müqəddəs vəzifəsi dünyanın daha əmin-aman olmasına, ədalətin bərqərarı işinə öz töhfələrimizi verməkdir. Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun. “Ümid etmək istəyirəm ki, Ümumdünya Kilsələr Şurası bundan sonrakı fəaliyyətində haqqın, ədalətin və bəşəri sülhün daima carçısı olacaq, xalqların rifahı və təhlükəsizliyi naminə səylərini əsirgəməyəcəkdir!”, - deyə şeyxülislam əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri