Icma.az
close
up
RU
Britaniya İsveçi nüvə çətiri altına almaq niyyətindədir

Britaniya İsveçi nüvə çətiri altına almaq niyyətindədir

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Britaniya İsveçi "nüvə çətiri" altına almaq niyyətindədir

Britaniya İsveçi "nüvə çətiri" altına almaq barədə qarşı tərəflə danışıqlar aparır. Bu barədə The Daily Telegraph qəzeti Böyük Britaniya Baş naziri Kir Starmerin ofisinə istinadən məlumat yayıb.

Nüvə çəkindirmə məsələsi Böyük Britaniya Baş naziri ilə isveçli həmkarı Ulf Kristersson arasında telefon danışığı zamanı müzakirə olunub. Qəzetin məlumatına görə, danışıqlar ilkin mərhələdədir.

Bu, Britaniya nüvə silahı daşıyıcılarının İsveç ərazisində birbaşa, daimi və ya müvəqqəti yerləşdirilməsi ilə bağlı olub-olmadığı, yoxsa münaqişə halında Stokholmun Londonun nüvə imkanlarından istifadəsinə yalnız zəmanət verildiyi hələlik məlum deyil. Qəzet vurğulayıb ki, 2024-cü ilin mart ayında NATO-nun tamhüquqlu üzvü olan İsveç də Fransa ilə oxşar müzakirələr aparır.

Böyük Britaniyanın nüvə silahları ABŞ istehsalı olan Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib. 2025-ci ilin iyun ayında Starmer Londonun ABŞ-dan B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 F-35A qırıcı təyyarəsi alacağını açıqladı.


2025-ci ilin mart ayında Fransa Prezidenti Emmanuel Makron həmvətənlərinə müraciətində müttəfiqləri ilə Avropa ölkələrini Fransanın nüvə silahının himayəsi altına qəbul etmək ehtimalı ilə bağlı müzakirələrə başlayacağını açıqladı. Almaniya, Polşa, Litva və Danimarka bu müzakirəyə açıq olduqlarını bildirdilər. "Financial Times" qəzeti qeyd etdi ki, ABŞ-ın Avropadakı müttəfiqləri ABŞ administrasiyasının Rusiya ilə yaxınlaşma siyasəti səbəbindən öz "nüvə qalxanı" yaratmaq imkanlarını araşdırırlar.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 28 Yanvar 2026 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri