Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Şeyxülislam Özbəkistanda keçirilən Beynəlxalq Konfransda iştirak edib

Şeyxülislam Özbəkistanda keçirilən Beynəlxalq Konfransda iştirak edib

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahşükür Paşazadə Daşkənd şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən «İslam – sülh və xeyirxahlıq dinidir» mövzusunda Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.

22 ölkədən 70 iştirak etdiyi bu mötəbər tədbirin keçirilməsi ideyası Özbəkistanın dövlət başçısı tərəfindən ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında bəyan olunmuşdu.

QMİ sədri Şeyxülislam A.Paşazadə plenar və 3 bölmə iclasından ibarət konfransın açılış mərasimində çıxış edib. Beynəlxalq forumu İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürü kimi dəyərləndirən Şeyxülislam A.Paşazadə deyib: «Özbəkistanın İbn Sina, Fərabi, Biruni, Uluqbəy kimi dünya şöhrətli mütəfəkkirləri, İmam Buxari, Tirmizi, Maturidi kimi din alimləri, Əmir Teymur, Zahirəddin Babur kimi sərkərdələri, Əlişir Nəvai kimi qüdrətli söz ustadı və digər tanınmış şəxsiyyətləri bəşər tarixinə əvəzolunmaz töhfələr bəxş etmiş, möhtəşəm İslam mədəni-mənəvi irsinin zənginləşməsinə, eyni zamanda, Avropa intibahının təşəkkülünə rəvac vermişlər. Uca Allaha şükürlər olsun ki, İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistan müqtədir siyasi liderinin rəhbərliyi ilə öz tarixi-mənəvi missiyasını uğurla davam etdirir. Allahın verdiyi qüdrətlə özbək torpağı belə şəxsiyyətlər yetişdirməkdədir. Şavkat Mirziyoyev həzrətləri Özbəkistan torpağının, özbək xalqının zaman-zaman yetişdirdiyi qüdrətli tarixi şəxsiyyətlərdəndir. İslam dininin akademik səviyyədə tədqiqi və tədrisi mərkəzlərinin yaradılması, Özbəkistanın təkcə Mərkəzi Asiyanın deyil, İslam dünyasının mənəvi mərkəzi olaraq yüksəlişi istiqamətində Şavkat Mirziyoyev həzrətlərinin misilsiz səyləri ilə Özbəkistan torpağı əsrlər boyu təşəkkül tapmış İslami ürfan mərkəzi olmaq statusunu bir daha təsdiq edir. Prezident Şavkat Mirziyoyevin Özbəkistanın III İntibahının təməli olaraq İslam Sivilizasiya Mərkəzini yaratması din, elm və müasirliyin harmoniyalı vəhdətini təcəssüm və inkişaf etdirir”.

Şeyxülislam A.Paşazadə bildirib ki, zəngin tarixi-mənəvi irsə istinad edən Özbəkistanla mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır: “Çox şadam ki, Prezidentlərimiz Zati-aliləri İlham Əliyev cənabları ilə Zati-aliləri Şavkat Mirziyoyev cənabları arasında mövcud qardaşlıq münasibətləri dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə, o cümlədən, mənəvi əlaqələrin inkişafına təkan verir. Eyni etnik köklərə, oxşar tarix və mentalitetə malik qardaş xalqlarımız arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəlməsi – Şavkat Mirziyoyev cənablarının təbirincə, tarixi hadisə olan Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik qərarı bizim üçün hədsiz fərəh və fəxarət mənbəyidir. Müzəffər Azərbaycan Prezidentinin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad edilmiş və geniş quruculuq işləri gedən Qarabağ torpağında – Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy adına orta məktəbin nəfis və möhtəşəm binası özbək xalqının qardaş ərməğanı olaraq Azərbaycan xalqı üçün olduqca əzizdir”.

 QMİ sədri A.Paşazadə Özbəkistan Respublikası Prezidentinin dinlər və millətlərarası münasibətlər üzrə müşaviri Müzəffər Kamilovla görüşüb. Səmimi şəraitdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub. Cənab M.Kamilov Özbəkistan Prezidentinin salamlarını, ehtiramını çatdırmaqdan və xüsusi hədiyyəsini Şeyxülislama təqdim etməkdən şərəf duyduğunu bildirərək, Beynəlxalq Konfransa dəvət olunacaq şəxslərin siyahısı müzakirə olunarkən Özbəkistan dövlət başçısının Azərbaycanın dini liderinin iştirakının mühümlüyünü xüsusi vurğuladığını diqqətə çatdırıb. Şeyxülislam A.Paşazadə, öz növbəsində,  qardaş Özbəkistan xalqına lider olaraq Zati-aliləri Şavkat Mirziyoyev cənabları kimi dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət nəsib olmasını Uca Allahın Lütfü olaraq dəyərləndirib.

Konfransın əhəmiyyətinə toxunan A.Paşazadə Azərbaycan və Özbəkistanın müdrik, qlobal təfəkkürə malik dövlət liderlərinin müqəddəs İslam dininin humanist mahiyyətinin dünya miqyasında tanıdılması, dəyərlərinin müdafiəsi, İslamofobiya meyllərinin qarşısının alınmasında müstəsna rolunu məmnunluqla vurğulayıb, iki qardaş ölkə rəhbərlərinin xalqlarımız, dövlətlərimiz, İslam dünyasının yüksəlişi istiqamətində nəcib fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyib.

Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkəyə səfəri çərçivəsində «Özbəkistan 24» televiziya kanalına müsahibə verib, canlı yayında iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri