Ramin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək. SİA xəbər verir ki, Dini Komitənin sədri Özbəkistanın Dini İşlər Komitəsinin sədri Sodik Toşboyevin dəvəti ilə Səmərqəndə gedəcək.
Bildirilib ki, Özbəkistanın paytaxtındakı “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.
Konfransda Maturidiyyə təlimində ümumbəşəri dəyərlərin, tolerantlıq və mötədilliyin təfsiri, həmçinin bu ideyaların 21-ci əsrdə aktuallığı barədə müzakirələr aparılacaq.
Beynəlxalq konfrans aprelin 29-30-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















