Icma.az
close
up
RU
Şeyxülislam Qazaxıstanın Vitse prezidenti ilə görüşüb

Şeyxülislam Qazaxıstanın Vitse prezidenti ilə görüşüb

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 6-da bu ölkənin Vitse-prezidenti Yerlan Karinin təşəbbüsü ilə onunla görüşüb.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanın Vitse-prezidenti Y.Karin şeyxülislam A. Paşazadəni ölkəsində görməkdən məmnun olduğunu ifadə edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını şeyxülislama yetirən Y.Karin Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin daimi üzvü olan A.Paşazadənin Astana Qurultaylarında və Qurultay Katibliyinin iclaslarında mütəmadi və fəal iştirakını, Astana Qurultayları ideyasının bünövrəsində duran şəxsiyyət, dini lider olaraq yüksək dəyərləndirdiklərini xüsusi vurğulayıb.

Şeyxülislam A.Paşazadə, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə çatdırmağı Y.Karindən rica edib. Bildirib ki, qardaş ölkələrimizin müdrik liderlərinin qarşılıqlı ehtirama əsaslanan münasibətləri, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə yüksəlməsi xalqlarımızın və dövlətlərimizin mənafeyinə ali xidmətdir və həyatın bütün sahələrində əlaqələrimizin, o cümlədən dini-mənəvi sahədə əlaqələrin inkişafına böyük təkan verir.Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.

Yeni yaradılmış Vitse-prezident vəzifəsinə ilk olaraq təyinat almış Y.Karinə ali dövlət məqamında fəaliyyətində uğurlar diləyən A.Paşazadə Qazaxıstan dövlətinin yeni Konstitusiyasının qəbuluna, yeni seçilmiş Parlamentinə – Qurultaya xeyir-dualar diləyib. Şeyxülislam Qazaxıstan dövlətində həyata keçirilmiş yeni islahatların qardaş qazax xalqı üçün xeyirlərə vəsilə olacağına, daha yüksək zirvələrə qaldıracağına əminliyini ifadə edib.

İki onillikdən artıq tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Astana Qurultaylarının daimi iştirakçısı olmaqdan şərəf duyduğunu bildirən A.Paşazadə bu ali forumun uğurunda Qazaxıstanın müdrik lideri K.J.Tokayevin böyük rolu olduğunu xüsusi vurğulayıb. Astana Qurultayları Katibliyinə rəhbərlik məqamında Y.Karinə uğurlar diləyən QMİ sədri əlavə edib ki, iştirak etdiyi bütün beynəlxalq forumlarda Astana Qurultaylarının əhəmiyyətini və rolunu hər zaman diqqətə çatdırır, bu forumun qabaqcıl ideyalarını təşviq edir.

Y.Karin Qazaxıstanın yeni parlamenti, onun tərkibi barədə məlumat verib. Həmçinin bildirib ki, Astana Qurultaylarının Katibliyinin statusu daha da gücləndirilib, bu isə tədbirə verilən önəmin göstəricisidir.

Görüşün gedişində Astana Qurultayları Katibliyinin 24-cü sessiyasının gündəliyinə çıxarılmış İqlim dəyişmələri ilə mübarizədə dinlərin rolunun artırılması mövzusunda sənədin və Süni intellektdən istifadənin Etik kodeksinin təqdimatının olduqca aktual və zəruri olduğu fikri vurğulanıb. Şeyxülislam qeyd edib ki, COP29 Bakı İqlim Sammiti çərçivəsində keçirilən Dini liderlərin Zirvə görüşündə qəbul edilən Yekun sənəddə – Dini Liderlərin Bakı Bəyannaməsində də bu mühüm məsələyə dair mövqe ifadə edilib. A.Paşazadə rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı məsələnin dini mərkəz olan QMİ-nin diqqətində olduğunu vurğulayıb.

Şeyxülislam bu yaxınlarda Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin növbəti VII iclasında və bu çərçivədə “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfrans barədə Qazaxıstanın Vitse-prezidentinə məlumat verib. Bildirib ki, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulınin və onun rəhbərliyi ilə qazax nümayəndə heyətinin iştirak etdiyi tədbir beynəlxalq müstəvidə böyük əks-səda doğurub. Konfrans iştirakçılarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfəri zamanı qonaqlar ümumislam əhəmiyyətli tarixi dini irsin əsarətdən xilas edilərək dirçəldilməsi, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, möhtəşəm Qayıdış layihələri ilə tanış olublar. Xüsusilə Prezident İlham Əliyev tərəfindən beynəlxalq konfrans iştirakçılarının qəbul edilməsi və dövlətimizin başçısının dərinməzmunlu, əhatəli çıxışı din xadimlərinin böyük rəğbətinə səbəb olub.

Şeyxülislam A.Paşazadə bildirib ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi dünyada tanınan Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində dini liderlərin Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İƏT toplantısı ərəfəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə keçiriləcək tədbirdə Əl-Əzhəri Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyibin fəxri qonaq olaraq iştirak edəcəyi diqqətə çatdırılıb. A.Paşazadə bir sıra dövlət liderlərinin və rəsmilərinin iştirakı gözlənilən bu ali foruma Qazaxıstanın Vitse-prezidenti Y.Karini dəvət etməkdən şərəf duyduğunu ifadə edib. Dəvət məmnuniyyətlə qəbul olunub.

Şeyxülislam bu yaxınlarda Xəzər dənizində hərbi təlim zamanı həlak olan qazax hərbçilərlə bağlı Qazaxıstanın baş müftisinə başsağlıqlarını bildirdiyini qeyd edib, bu gün isə Vitse-prezidentin simasında hadisə ilə bağlı Qazaxıstan dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Uca Allahdan mərhumlara rəhmət diləyib. AZAL təyyarəsinin qəzası zamanı Qazaxıstanın göstərdiyi yardım, diqqət və qayğı, əsl qardaşlıq nümunəsi xüsusi qeyd olunub.

Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə çıxış edərək, Azərbaycan və Qazaxıstan dövlət rəhbərlərinin müdrik siyasi səyləri sayəsində ikitərəfli münasibətlərdə müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin zirvəyə yüksəlməsindən, parlamentlərimiz arasında əməkdaşlıq səviyyəsindən, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluğunu ifadə edib. Parlamentlərarası əməkdaşlıq müstəvisində iştirak etdiyi tədbirlərdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi, ticari, logistik əlaqələrin inkişafında yüksəksəviyyəli əlaqələrin əhəmiyyətindən danışan C.Paşazadə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələr daha da yüksək zirvəyə ucalacaq.

Səmimi şəraitdə keçən qəbulda Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov iştirak edib.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Oktyabr 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri