Icma.az
close
up
RU
Şeyxülislam G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb

Şeyxülislam G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Dürhamla videokonfrans formatında görüşüb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, videogörüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.

G20 Dinlərarası forumlarında iştirakını bu platformaya və onun sülhməramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən A.Paşazadə vurğulayıb ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması qlobal dialoq zərurətindən irəli gəlir.

Vurğulanıb ki, son illərin ənənəsi – Böyük İyirmilik ərəfəsi Dinlərarası forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.

Kol Dürham şeyxülislamla bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində keçirilən görüşü zamanı G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlarla bağlı A.Paşazadənin böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdiyini və proses əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini, bu mövzuda cari ayın əvvəlində ilk müzakirələrini xatırladıb.

Şeyxülislam A.Paşazadə bu yaxınlarda iştirak etdiyi Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının XI Global Forumu çərçivəsində tədbir iştirakçıları, BMT, habelə Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərində G20 Dinlərarası Forum Assosiasiyası nəzdində müxtəlif dinlərin qlobal Məşvərət Şurasının yaradılması ideyasını müzakirə etdiyini K. Dürhamın diqqətinə çatdırıb və gəldiyi qənaətləri, tanınmış din xadimlərinin bu mövzuya dair fikir və təkliflərini bölüşüb.

Assosiasiyanın prezidenti Kol Dürham şeyxülislam A.Paşazadənin təklif olunan islahatlarla, ələlxüsus, Dinlərarası Forum nəzdində müxtəlif dinlərin tanınmış nümayəndələrini bir araya gətirəcək və daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılması mexanizmi ilə bağlı fikir və tövsiyələrini nəzərə alan layihə ilə QMİ sədrini tanış edib.

Tərəflər Şuranın strukturu, üzvlərinin müəyyən olunması, qərarqəbuletmə mexanizmləri, qarşıdakı məsləhətləşmələr və 2026-cı ildə ABŞ-da keçiriləcək G20 ərəfəsi növbəti Dinlərarası Forum tədbiri ilə bağlı ətraflı müzakirə apardılar.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri