Icma.az
close
up
RU
Şeyxülislam ABŞ da G20 Dinlərarası Forumun prezidenti ilə görüşüb

Şeyxülislam ABŞ da G20 Dinlərarası Forumun prezidenti ilə görüşüb

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 3-də Solt-Leyk-Siti şəhərində G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti cənab Kol Durham ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Şeyxülİslam A. Paşazadə Azərbaycan xalqının və onun lideri Prezident İlham Əliyevin salamlarını G20 Dinlərarası Forumu Assosiasiyasının rəhbərliyinə çatdırıb. Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən QMİ sədri Assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən beş forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd etdi. G20 Dinlərarası Forumlarında iştirakını bu platformaya və onun sülh məramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən Şeyxülislam A. Paşazadə vurğulamışdır ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi – Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilmişdir.

G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti cənab Kol Durham Azərbaycan Prezidentinin və Azərbaycan xalqının salamlarını böyük ehtiram və minnətdarlıq hissi ilə qəbul edərək ölkəmizə uğurlar və firavanlıq arzulayıb. Dinlərarası forumların işində fəal və davamlı iştirakına görə Şeyxülislam A. Paşazadəyə səmimi minnətdarlığını bildirən K. Dürham Şeyxülislamın böyük əhəmiyyətli, dəyərli təcrübəsinin və beynəlxalq müstəvidə nüfuzunun iştirak etdiyi tədbirlərin status və etimadını əhəmiyyətli dərəcədə artırdığını vurğuladı. Kol Dürham G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlar barədə geniş məlumat verdi və bu islahatlarla bağlı Şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdi. Şeyxülislam təklif olunan islahatları yüksək dəyərləndirdi, bu barədə öz fikir və tövsiyələrini bölüşdü.

Assosiasiyanın prezidenti Kol Dürham Şeyxülislam A. Paşazadənin tövsiyələrini diqqətlə dinləyib onu əmin etdi ki, o, islahatlar həyata keçirilən zaman onlar mütləq nəzərə alınacaq. Tərəflər dinlərarası forumun strukturunda islahatların aparılması prosesi əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə və Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq iştirak etdilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri