Icma.az
close
up
RU
Şeyxülislam Səmərqənddə çıxış etdi

Şeyxülislam Səmərqənddə çıxış etdi

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu çərçivəsində Səmərqənddə təşkil olunan imam Buxariyə həsr olunmuş kitabla bağlı təqdimatda çıxış edib. 

Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.

Şeyxülislam toplantı iştirakçılarına və özbək xalqına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını, ən səmimi arzularını çatdırıb. QMİ sədri deyib ki, özbək torpağının qüdrətli inanc insanlarından sayılan imam Buxari və onun irsi Özbəkistanın dünya hədis elminə bəxş etdiyi ən böyük töhfədir. Onun adı islamın maarif çırağını ucaldanlar sırasında yer alır. Buxarinin irsi dünyanın ən müxtəlif guşələrindən elm, ürfan axtaranları ölkəyə cəlb edib. Ziyarət yeri olan Buxari məqbərəsi həm də tarixi və mədəni irsin bir parçası olaraq Özbəkistanın ən önəmli məkanlarından biridir. Bu məkan hər bir özbək üçün nə qədər müqəddəsdirsə, hər bir müsəlman üçün bir o qədər əziz, dəyərlidir.

 “Özbəkistan mənim ikinci vətənim olduğundan bir Şeyxülislam, Özbəkistanın elmi-dini mühitindən bəhrələnmiş din xadimi kimi  bu məkanı xüsusi məhəbbətlə ziyarət edirəm. Ateist rejiminin vandalizminə məruz qalmış bu məqbərənin bərpasında  gənc yaşlarımda iştirak etmişəm. Bu məkanın dirçəldilməsi, layiq olduğu ucalığa yetişməsi üçün zamanında mənimlə bərabər ustadlarımın və tələbə yoldaşlarımın etdiyi duaların müstəcab olmasından çox böyük xoşbəxtlik duyuram”-deyə QMİ sədri çıxışında vurğulayıb.

A.Paşazadə deyib ki, Buxari məqbərəsini möhtəşəm kompleksə çevirən, Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi yaradan Prezident Şavkat Mirziyoyevə minnətdarlığını bildirir.

QMİ sədri deyib ki, Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarımızın mədəni-mənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyurlar. “Bizim növbəti 7-ci görüşümüz bu ilin sentyabrında Bakıda baş tutacaq. Bu görüş əsnasında daha bir İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfrans keçirmək niyyətindəyik”.

Şeyxülislam bildirib ki, Özbəkistanın həyata keçirdiyi fundamental işlər beynəlxalq müstəvidə təqdir edilir, İslam mütəffəkkirlərinin irsi BMT tribunasından təşviq olunur. Özəlliklə, İSESKO-nun səyləri ilə Özbəkistan və onun İslam dünyasına bəxş etdiyi misilsiz töhfələr böyük ehtiramla bəşəriyyətə ümumbəşəri sərvət kimi təqdim olunmaqdadır.

QMİ sədri bu işlərə öz dəyərli töhfəsini verən İslam Sivilizasiyası Mərkəzinə və İRSİCA təşkilatına xüsusi təşəkkürünü çatdırıb.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 İyul 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri