Icma.az
close
up
RU
Şeyxülislam Avropa Parlamentində Dəyirmi Masada çıxış edib

Şeyxülislam Avropa Parlamentində Dəyirmi Masada çıxış edib

Icma.az bildirir, Azpost portalına istinadən.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığına səfərdədir.

Belçika Kralı Filipin himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak edən Şeyxülislam A. Paşazadə martın 6-da Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masada iştirak edib.

AzPost bildirir ki, bu barədəQMİ-nin mətbuat xidməti məlumat yayıb.

Avropa və İslam dünyası arasında dinlər və sivilizasiyalar arası əlaqələrin dərinləşməsinə xidmət edən bu təşəbbüs çərçivəsində baş tutan tədbirdə Avropa Parlamentinin nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri  – Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili  iştirak ediblər.

 QMİ sədri Şeyxülislam A. Paşazadə dəyirmi masada çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından  xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib: “Avropanın siyasi mərkəzi Brüsseldə bugünkü görüşümüzün ərsəyə gəlməsi olduqca əhəmiyyətli hadisə olub, sivilizasiyalar, dinlər və mədəniyyətlər arası əlaqələrin dərinləşməsinə real töhfə baxımından tarixi əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Belçikada 2025-ci ilin İslam Dünyası İli olaraq qeyd olunması ümumbəşəri əhəmiyyət kəsb edir və Avropa Birliyi tərəfindən dinlərarası dialoq prosesinə vacib siyasi dəstəkdir. Belçika kralı Filip Əlahəzrətlərinin bu nəcib, alidəyər təşəbbüsünü olduqca yüksək qiymətləndirir, örnək addım olaraq bütün Avropa və dünya miqyasında davamlı olmasını diləyirik”.

 Azərbaycanın bəşəri insan həmrəyliyinə xidmət edən bütün beynəlxalq səyləri hər zaman dəstəklədiyini bildirən Şeyxülislam A. Paşazadə deyib: “Qürur duyuruq ki, Avropada İslam İli çərçivəsində ilk mötəbər tədbirə məhz Azərbaycan təmsilçilərini dəvət etmisiniz. Bu, Azərbaycan dövlətinə, onun multikultural irsinə, birgəyaşayış təcrübəsinə verilən böyük dəyərdir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Biz bugünkü tədbirə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə birgə təşrif buyurmuşuq. Bu, Azərbaycan dövlətinin multikultural ənənəsi, bizim həyat tərzimizdir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq baxımından Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, maddi-mənəvi qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar sərbəst fəaliyyət göstərir. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir”.

 Şeyxülislam A.Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb: “Bütün səmavi dinlər, o cümlədən, İslam dini, onun müqəddəs Kitabı Qurani-Kərim insan həmrəyliyinə, bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinə böyük önəm verir.Beləliklə, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, dinindən və  məzhəbindən asılı olmayaraq birgəyaşayış sahəsində tarixi təcrübəyə malik Azərbaycan dövləti öz multikultural, harmoniyalı cəmiyyət quruculuğu sahəsində örnək modelini bütün dünyaya təqdim edir”.

Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam A. Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki: “Təəssüf ki, Azərbaycanı gözü götürməyən qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyalarında tolerant ənənələrə malik xalqımıza böhtanlar yağdırır, xristian həmrəyliyindən sui-istifadə edərək ikili standartlara yol verir, Azərbaycanı “günahlandırmağa” çalışırlar. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, monoetnik Ermənistanda revanşizm ideyalarının önündə gedən erməni kilsəsinin beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları, əsassız, qərəzli ittihamları davam etməkdədir. Mən sizləri BMT qətnamələrinə uyğun olaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana səfər edib, 30 illik işğal dövründə yandırılmış torpaqlarımız, törədilmiş dağıntı, vandalizm əməllərinin nəticələri, dağıdılmış, həqarət olunmuş məscidlər və məbədlər, yer üzündən silinmiş kənd və şəhərlərimizlə yerindəcə tanış olmağa dəvət edirəm”. Dünyada, o cümlədən, Avropanın bəzi ölkələrində yayılan nifrət nitqləri, çağırışlarının tolerantlıq, multikulturalizmə ən böyük təhlükə olduğunu xatırladan  Şeyxülislam A. Paşazadə milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin və müqəddəsliklərin təhqiri, din adından siyasi məqsədlər üçün sui-istifadə olunması kimi halların önlənməsi, ksenofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacib olduğu məqamına diqqəti çəkib.

Təbir çərçivəsində Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə görüş, habelə Belçika rəsmisinin, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun iştirakı ilə proqram baş tutdu. Proqramda Şeyxülislam A. Paşazadə Azərbaycanın tolerantlıq modeli ilə bağlı nümunələrdən ətraflı bəhs etdi.

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirakı davam edir.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri