Icma.az
close
up
RU
Şeyxülislam Belçikada keçirilən Avropa Konfransında çıxış edib

Şeyxülislam Belçikada keçirilən Avropa Konfransında çıxış edib

Azpost saytına istinadən Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi Belçika Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirakı davam edib.

 Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak edən Şeyxülislam A. Paşazadə martın 7-də “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransında  iştirak edib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri  – Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.

 QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib:“İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, müxtəlif sivilzasiyaların bir araya gəldiyi Azərbaycanda bizim multikultural ənənəmiz, həyat tərzimizdir. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməmişdir, müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digər dini konfessiyaların ardıcılları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşları olaraq ictimai həyatın bütün sahələrində birgə iştirak edir, ibadətlərini sərbəst həyata keçirirlər”.

 Şeyxülislam A.Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb: “Müstəqil Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun bünövrəsində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Prezident İlham Əliyev cənablarının müdrik dövlətçilik siyasəti durur. Azərbaycan Prezidenti multikulturalizmi «Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti» kimi dəyərləndirərək onu dövlət siyasəti səviyyəsində bərqərar etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində humanitar mədəni-mənəvi fəaliyyəti ilə beynəlxalq müstəvidə sivilizasiyalararası dialoq və əməkdaşlıq işinə böyük töhfələr verir. Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı sahəsində tarixi təcrübəyə malik Azərbaycan dövləti və dini mərkəz  –  Qafqaz Müsəlmanları İdarəsi dünya miqyasında dinlərarası dialoqun təşviqi yönündə beynəlxalq səylərə öz töhfəsini verir, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlıq prosesində fəal və aparıcı rol oynayır”.

Dinindən, milliyyətindən asılı olmayaraq bəşər övladları olaraq insanları birləşdirən, bir araya gətirən məqamların ayıran, fərqləndirən cəhətlərdən daha çox və daha mühüm olduğunu bildirən Şeyxülislam A. Paşazadə əlavə edib ki:“ Müsəlmanların müqəddəs Kitabı Qurani-Kərimdə buyurulur ki, Möminlər qardaşdırlar. Həmrəylik məramlı Brüssel Konfransı bu baxımdan özəl əhəmiyyət kəsb edir. Xristian və İslam dünyasının böyük şəxsiyyətləri — Zati-müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyib həzrətlərinin 2019-cu ildə imzaladıqları İnsan Qardaşlığına dair sənəd bu baxımdan dəyərli istinad nöqtəsidir. Belçika Kralı Filip Əlahəzrətlərinin Belçika və Avropada İslam Dünyası İli təşəbbüsü mühüm əhəmiyyətli tarixi hadisə və bizim üçün olduqca dəyərli töhfədir”.

Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam A. Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki: “Azərbaycanın Qarabağ ərazisi 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə və genosidə məruz qalmışdır. Şükürlər olsun, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, bununla da BMT-nin 4 qətnaməsi ilə tanınan hüququnu gerçəkləşdirdi. İşğal dövründə od vurulan torpaqlarımıza bu gün həyat verən dövlətimiz törədilmiş vandalizm aktlarının nəticələrini aradan qaldırmaq yönündə böyük iş aparır, dağıdılmış, təhqir olunmuş bütün məbədləri – müsəlman, xristian, yəhudi dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur. Azərbaycanın paytaxtı Bakının mərkəzində erməni kilsəsinin binası dini abidə kimi qorunub saxlanıldığı halda, Ermənistan paytaxtı İrəvanda vaxtilə azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsində tarixi məscid binasına həqarət olunur. Təəssüf ki, erməni kilsəsi isə xalqını sülhə hazırlamaq əvəzinə yenidən müharibə çağırışları, revanşist bəyanatlarla çıxış edir. Budur multikultural Azərbaycanla monoetnik Ermənistanın fərqi!”.

Dünyada, o cümlədən, Avropanın bəzi ölkələrində yayılan nifrət nitqləri, çağırışlarının tolerantlıq, multikulturalizmə ən böyük təhlükə olduğunu xatırladan  Şeyxülislam A. Paşazadə demişdir: “Dünyada baş verən müharibə və münaqişələr, təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları hamımızı narahat edir. Biz dünyada sülhün bərpası üçün dualar edirik. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”.

Konfrans iştirakçılarının suallarını cavablandıran Şeyxülislam A. Paşazadə, və Azərbaycandakı dini konfessiya başçıları Azərbaycanın tolerantlıq modeli, multikultural həyatı ilə bağlı nümunələrdən ətraflı bəhs etdilər. Konfransın sonunda xatirə fotosu çəkildi.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Mart 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri