Səyyar “ASAN xidmət” fevralın 3 dən 26 dək xidmət göstərəcəyi bölgələr açıqlanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 31 yanvar, AZƏRTAC
Səyyar “ASAN xidmət” fevralın 3-dən 26-dək Qusar, Şirvan, Samux, Xaçmaz, Biləsuvar, Yevlax, Göyçay, Zaqatala və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Məntəqələr ilə tanış olmaq üçün: http://bit.ly/4gjubfJ
Baxış sayı:87
Bu xəbər 31 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















