Icma.az
close
up
RU
Səyyar qəbul keçirilib, şəhidlərin məzarı ziyarət edilib

Səyyar qəbul keçirilib, şəhidlərin məzarı ziyarət edilib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Bütün qeyd olunanlara nümunə olaraq 17 iyun 2026-cı il tarixdə Miyənkü ərazisinin Nəzəroba kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, şöbə müdirinin müavini Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhu ehtiramla yad edilmişdir.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Elə həmin gün - 17 iyun 2026-cı il tarixdə Masallı rayonunun Miyənkü ərazisinin Nəzəroba kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə çıxış edən Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilən əvvəlki qəbul zamanı 7 vətəndaş tərəfindən 7 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərdən 5 müsbət qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmış və vətəndaşlara müvafiq izahatlar verilmişdir.

Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.

Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri