Icma.az
close
up
RU
DSX rəhbərliyi şəhidlərin məzarını ziyarət ETDİ

DSX rəhbərliyi şəhidlərin məzarını ziyarət ETDİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətən müharibəsinin 4-cü ildönümündə II Fəxri xiyabanda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Redaktor.az-a bildirilib ki, DSX aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırışımız elan edən, ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, hərbçilərimizin rəşadəti, xalqımızın birliyi nəticəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə qaytarılmasından danışılıb.

Bildirilib ki, dövlət başçısının şəxsi nəzarəti altında ötən dörd il müddətində bu ərazilərdə tarixlə müasirliyin vəhdəti yaradılıb, dünyada bərabərinə rastlanmayan işlər gerçəkləşdirilib.

Tədbirdə Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqları qeyd edilib, şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, qanları ilə yazdıqları şücaət dastanlarının, qoyduqları mirasın daim uca tutulacağı və gələcək nəsillərə örnək olacağı böyük qürur hissi ilə qeyd edilib.

Tədbirin sonunda sərhədçilərə həsr olunmuş “Görünməyən Qəhrəmanlar – Dövlət Sərhəd Xidməti” sənədli nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri