“Shein” Aİ nin qanunlarını pozmaqda ittiham olunur
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı Komissiyası, Çin məşhur onlayn alış-veriş nəhəngi “Shein” platformasına qarşı istintaq başladıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, istintaq məhz uşaq üçün kuklalar, silah və digər qanunsuz məhsulların satışı ilə bağlı şübhələr əsasında aparılır.
Qeyd edək ki, hazırda istintaqı üç əsas istiqamətdə aparılır:
• Qanunsuz məhsulların satışının qarşısının alınması mexanizmləri
• Bonus, oyunlaşdırma və mükafat sistemləri ilə bağlı “asılılıq yaradan dizayn” iddiaları
• Şəffaf olmadığı deyilən tövsiyə və alqoritm sistemi
Aİ hesab edir ki, platformanın nəzarət mexanizmləri yetərli olmaya bilər. Həmçinin, sistemin Avropa İttifaqı Rəqəmsal Xidmətlər Qanunu (DSA) tələblərinə tam uyğunluğu da yoxlanılır.
Xatırladaq ki, bu, 2024-cü ildə Çin məhsullarının satışı ilə məşğul olan “Temu” onlayn ticarət platforması ilə bağlı başladılan araşdırmadan sonra oxşar sahədə ikinci böyük istintaqdır.
Qaydalar pozularsa, “Shein”in Aİ bazarında fəaliyyətinə məhdudiyyət tətbiq oluna bilər.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















