Sibel Canının sevgilisi həbsxanada Əkrəm İmamoğlu ilə dava etdi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə çirkli pulların yuyulması və korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Emir Sarıgüllə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında həbsxanada ciddi mübahisə yaşandığı iddia edilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Silivridəki Marmara Qapalı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Məlumata görə, Emir Sarıgül vəkili ilə görüş zamanı korrupsiya və rüşvət istintaqı çərçivəsində həbsdə saxlanılan Əkrəm İmamoğlu ilə qarşılaşıb. İddiaya əsasən, İmamoğlu həbsxananın dəhlizində və ya görüş sahəsində Sarıgülə səslənərək “Özgür Özəli satmısınız!” deyə etiraz edib. Buna cavab olaraq Emir Sarıgülün “Danışma, ay fırıldaqçı! Hamınız fırıldaqçısınız!” sözlərini işlədərək İmamoğluna sərt reaksiya verdiyi bildirilir.
Tərəflər arasında başlayan sözlü mübahisəyə həbsxana rəhbərliyi və nəzarətçilərin müdaxilə etdiyi, onların sakitləşdirildiyi iddia olunur. Hadisədən sonra cəzaçəkmə müəssisəsində inzibati və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Qeyd edək ki, yayılan məlumatlarla bağlı nə tərəflərdən, nə də rəsmi qurumlardan hələlik açıqlama verilib. Hadisənin baş verdiyi müstəqil şəkildə təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















