Icma.az
close
up
RU
Siçanlara “insanın danışmaq geni” köçürülüb nəticə alimləri təəccübləndirib

Siçanlara “insanın danışmaq geni” köçürülüb nəticə alimləri təəccübləndirib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İnsan nitqinin necə inkişaf etdiyini anlamaq üçün elm adamları siçanlara "dil geni" implantasiya ediblər. Tədqiqatçılar gözlənilməz nəticələr əldə edilər: gəmiricilərin çıxardığı səslər nəzərəçarpacaq dərəcədə dəyişib.

Bizimyol.info xəbər verir ki, insan geni implantasiya edilən siçanlar fərqli şəkildə səs çıxarmağa başlayıb. Onların siqnalları - analarını çağırmaq üçün istifadə etdikləri səslər - adi siçanlara nisbətən daha yüksək səs tonuna sahib olub və fərqli səs birləşmələrini ehtiva edib.

"Bütün siçanlar analarını cəlb etmək üçün ultrasəs siqnalları yayırlar. Lakin insan geninə malik olan fərdlərdə biz səslərin fərqli "yazılı" olduğunu gördük", - deyə Rokfeller Universitetindən tədqiqatın aparıcı müəllifi Robert Darnell izah edib.

Siçanlar böyüdükcə fərqlər daha da nəzərə çarpıb. İnsan geninə malik olan erkəklər dişilərə fərqli şəkildə “səsləməyə” başladılar – onların siqnalları adi siçanlara nisbətən daha mürəkkəb və müxtəlif olub.

"Onlar həqiqətən fərqli şəkildə "danışırdılar". Bu cür dəyişikliklərin təkamülə necə təsir edə biləcəyini təsəvvür edə bilərsiniz", - deyə Darnell əlavə edib.

Bütün bu dəyişikliklər beyin funksiyasında iştirak edən və quşlardan məməlilərə qədər müxtəlif heyvanlarda mövcud olan NOVA1 geni ilə bağlıdır. Ancaq insanlarda bu gen bir qədər fərqlidir: onun zülalında yalnız bir amin turşusu digəri ilə əvəz olunur. Məhz bu kiçik fərq, səsli ünsiyyətdən məsul olan genlərin işinə təsir göstərir.

Əvvəlcə NOVA1-in insan versiyasının siçanlarda olduğu kimi işlədiyi görünsə də, sonradan məlum oldu ki, səslə əlaqəli DNT bölgələrinə hələ də fərqli təsir göstərir. "Biz bunu gözləmirdik. Bu, əsl kəşf idi", - deyə tədqiqatın həmmüəllifi Yoko Tajima deyib.

Qeyd olunur ki, Homo sapiensin ən yaxın qohumları olan Neandertal və Denisovalılarda bu NOVA1 variantı yox idi. Afrikada müasir insanların əcdadlarında meydana çıxdı və daha sonra bütün planetə yayıldı.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri