Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

"Qeybdən gələn" güclü və mübariz xanım...

"Qeybdən gələn" güclü və mübariz xanım...

Icma.az bildirir, Bakupost portalına istinadən.


Elman Eldaroğlu

Azərbaycan qadınlarının fədakarlığı barədə çox yazılıb, çox deyilib. Onların hər birinin həyatını araşdırdıqca, parlaq nümunələrin şahidi olursan. Elə qadınlarımız olub ki, tarix boyu ölkəmizin inkişafında mühüm rol oynayıblar, milli dəyərləri qoruyub yaşadıblar. Bu gün dı belə qadınlarımız var.

Sizə onlaran biri - noyabrın 28-də 65 yaşını qeyd edəcək Tənzlə Rüstəmxanlı haqqında danışmaq istəyirəm.

Tənzilə xanım müsahibələrinin birində deyir:

“Mən həqiqətən də güclü qadınam, çünki çox mübariz, acılar yaşayan ailədən gəlmişəm. Nənəm türkiyəli olub, atamın atasının nənəmə görə başı çox ağrıyıb, həbs ediblər, sürgünə göndəriblər. Nənəm üç uşaqla təkbaşına qalıb. Mən bir az da nənəmə oxşayıram. Nənəm o bölgədə Kommunist Partiyasının ilk üzvlərindən olub. Türk qızı o partiyaya üzv olub ki, ailəsini qorusun. İkinci Dünya müharibəsində əlində qamçı, atın belində kəndi idarə edib. Atam da bizi çox güclü böyüdüb, mən əsasən, ondan tərbiyə almışam. Atamın bizə əsas iki nəsihəti olub. Birincisi, oxumaq idi. Həmişə deyirdi ki, qızlarımın diplomu onun cehizidir. İkincisi, mübariz olmaq.

Ailəmiz həm də zəhmətkeş olub. Yadımdadır, atam bizi meşəyə - odun yığmağa aparardı və biz yoğun ağacları daşımağa atama kömək edirdik. Hamımız uşaqlıqdan əməyə öyrəşmişdik. Bizdə iş bölgüsü yox idi, hamı iş görürdü. Nənəm isə sərt qaydaları olan bir qadın idi. İmkan vermirdi ki, bir dəfə də olsun, biz şikayət edək. Yaxşı xatırlayıram, ortancıl qardaşım qonşu uşaqlarına döyülüb evə gəlmişdi deyə, nənəm onu qamçı ilə vurdu, dedi ki, ac qalacaqsan bu gecə, sənə yemək yoxdur. Onda anladım ki, güclü olmasam, məni də döyəcəklər...”

Çox yüksək enerjisi var. Bu enerji ona həmişə xoşbəxtlik gətirir. Praktiki zəkası ilə insanlarla münasibətini asanlaşdırır, dərin xarekteri ilə münasibəti canlı saxlaya bilir. Cəmiyyət içində şən olması, nəzakəti, daxili cazibəsi ilə sevilən insandır. Gözəl xarekteri və geniş maraq dairəsi sayəsində ətrafına insanları toplamağı bacarır. Evdə oturanda belə, özünə məşğul olacaq fəaliyyət tapa bilir. Dostluq onun üçün çox vacibdir. Necə deyərlər, dostları onun üçün əzizdir və onlar üçün hər cür fədakarlıq göstərməyə hazırdır. Amma bu fədakarlığa sadiq qalmayan dostları da olub. Gənclik illərində dostlarından aldığı yaralara görə həmişə özünü qorumağa məcburdur. Gözəl liderlik qabiliyyəti var, cəsur və cəsarətlidir...

“Həmişə istəyirəm ki, mükəmməl olum. Heç vaxt razı olmaram ki, kimsə mənə "sən bu işi bacarmadın" desin. Qorxmadan bəlanın üstünə gedənəm. Həyat yoldaşım həmişə deyir ki, sən bəlaya gəl-gəl deyənsən. Çünki özümə söz vermişəm, dünya dağılsa da, şantaja, təhdidə boyun əymərəm. Heç vaxt. Çünki o səni sənlikdən çıxarar. Ona boyun əydinsə, səni qaranlığa sürükləyər. Bir nəfər var idi - Azərbaycanın bəlası. Ondan hamı qaçırdı, amma mən onunla uğraşdım. Çünki özümə arxayınam. İnsan başqalarına nələr yaşadırsa, hamısını özü yaşayır. Mən həyatımda iki dəfə haqsızlıq etmişəm, ikisi də vaxt keçəndən sonra öz başıma gəlib. O haqsızlığın üstündə nə qədər yaxşılıq etsəm də, yenə də onu yaşamışam...”- söyləyir.

Bəli, bu prinsipial insan Xalq şairi Sabir Rüstəmxanının ömür-gün yoldaşı, millət vəkili Tənzilə Rüstəmxanlıdır. 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndində anadan olub. 1969-ci ildə ailə vəziyyətiylə əlaqədər Balakən rayonunun Qazbinə kəndinə köçüblər. 8-ci sinfi həmin kənddə başa vuraraq, təhsilini Bakı Ticarət Texnikomunda davam etdirib. Orada mühasibat uçotu üzrə ixtisasa yiyələnib. Təyinatla Mingəçevir şəhərinin Ticarət İdarəsinə göndərilib. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda "Azərittifaq"da sədrin 1-ci müavini vəzifəsində işləyir. O, 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə başa vurub. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1996-ci il may ayının 3-də Azəri-Türk Qadınlar Birliyinin sədri seçilib. Bir çox beynalxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olub. Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, “ilin ən yaxşı təşkilatı” adına layiq görülüb. Ümumiyyətlə, Tənzilə xanımın xeyli mükafatı var. Onun təltif olunduğu mükafatları sadalamaqla vaxtınızı almaq istəmirəm. Amma bir şeyi qeyd etməyi vacib bilirəm ki, sinsəsini bir sıra medallarla yanaşı, “Şöhrət” ordeni də bəzəyir...

Deyir, “Sabir bəylə evlənəndə atam mənə dedi ki, ay qız, sən hara gedirsən, bunun bütün ətrafı qadınla doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm. Sabir Rüstəmxanlı ona gələn sevgi məktublarını orada-burada gizlədirdi. Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-40 il bundan əvvəli danışıram sizə. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, Sabir bəyi nə gözəl sevir, o məktublara baxanda qıza yazığım gəldi. Sevəndə də gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgilərin çoxu əxlaqdan uzaqdır. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim, sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl, bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin onda qarşıdan 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, aralarında sənə sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublar?”

Tənzilə Rüstəmxanlı hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müşaviridir. 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü kimi 70 saylı Neftçala seçki dairəsindən deputat seçilib. Onun şüarı "Neftçala üçün birlikdə"dir. Və parlamentin Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...

“Qadınlar siyasətə girməyə ehtiyat edir, qorxurlar. O qədər böyük əngəllərlə qarşılaşırlar ki. Bizdə qadının qadınlığı yaşına baxmadan ona silah olur. Mənim millətimdə qadın çox müqəddəsdir, həyat yoldaşı qədər hökmlüdür, kişi qadının namusuna söz atmaz. İllərdir Qərb və Şərq öz dəyərlərini bura gətirmək üçün işlədiyi projelər həyata keçirirlər. Bu projelərin nəticəsində doğulan nəsil var ki, mən onları tanımaq istəmirəm. Hansı ki, onlar siyasətə girmək istəyən qadınları təhqir edirlər. Bunlar hamısı fars əxlaqdır, türklərdə belə şeylər olmayıb. İndi də qadınlar siyasətə buna görə girməkdən qorxur. O çirkabı, iftiranı götürə bilən var, bilməyən var. Bunda zərrə qədər həqiqət payı olsa, deyərsən ki, düz deyir, amma elə deyil və Azərbaycandakı qədər çirkab heç yerdə yoxdur. Bu gün sosial mediada nələrə rast gəlmirsən, adam o sözləri heç təklikdə olanda deyə bilmir...”, söyləyir.

Bəli, sabah Tənzilə xanım yubileyidir. Yəqin ki, haqqında xeyli təbrik yazıları yazılıb, xoş sözlər söylənəcək. Qoy mənim bu dediklərim onun şəninə söylənəcək fikirlərə başlanğıc olsun! Tənzilə xanıma uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram...

...Az qala unutmuşdum, “Tənzilə” sözünün mənası "güzəşt edən", "narahatlıqları dəf edən" və "qeybdən gələn" deməkdir...

65 yaşı mübarək olsun!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:845
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri