Icma.az
close
up
RU
Şiddətli döyüşlər gedir: Ukrayna ordusu mühasirəyə alındı SON DURUM

Şiddətli döyüşlər gedir: Ukrayna ordusu mühasirəyə alındı SON DURUM

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donetsk vilayətinin Pokrovsk şəhərində şiddətli küçə döyüşləri davam edir.

Ukrayna qüvvələri kritik vəziyyətdə qalıb, logistika xətləri qismən kəsilib, hərbçilər dronların nəzarətində olan marşrutlarla 10–15 kilometr məsafəni piyada qət etməyə məcbur olur.

Modern.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda”ya şəhərdə və ətrafında döyüşən iki briqadanın zabitləri məlumat verib.

Məlumata görə, Rusiya ordusu şəhər daxilində və ətrafında bir neçə toplanma məntəqəsi yaradaraq hücumu davam etdirir. Əsas döyüşlər dəmir yolu istiqamətində, Pokrovsk-Qrişino xətti boyunca və Daçensk-Novopavlovka-Qnatovka arasında gedir.

Ukrayna tərəfi dron operatorlarının vurulduğunu, bəzi hallarda artilleriyaçıların və tank əleyhinə qrupların küçə döyüşlərinə girdiyini təsdiqləyib.

Hazırda şəhərin cənubunda bəzi mövqelər qorunur, lakin əlaqə zəifdir, bir sıra nöqtələr isə xəritədə olsa da, faktiki olaraq tərk edilmiş vəziyyətdədir.

“Piyada bölmələr demək olar ki, idarəetmədən kənarda qalıb. Hərbçilər aylarla eyni mövqedədir, su və yardım çatdırmaq üçün dronlardan istifadə edirik. Hər gün ölən və yaralananlarımız var”, - deyə ukraynalı zabit bildirib.

O, həmçinin yaralıların təxliyəsinin mümkün olmadığını, çünki rus qüvvələrinin bəzi meşə zolaqlarına nəzarət etdiyini deyib.

Pokrovskdakı ağır vəziyyət Mırnohrad şəhərinə də təsir edir, bu şəhərdən Ukrayna ordusunun əsas təminat marşrutları keçir. Məlumata görə, Mırnohradın şimalında rus bölmələrinin mövcudluğu artıq qeydə alınıb, bu da şəhərin tam mühasirəsi riskini artırır.

Zabitlər bildirirlər ki, əgər Pokrovsk tam itirilərsə, Mırnohrad qarnizonu üçün çıxış yolu qalmayacaq.

Hazırda bölgədə Ukrayna qüvvələri tam tükənmə həddində döyüşür, itkilər isə hər gün artır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Oktyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri